booked.netbooked.net booked.net  

ABŞ Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi əlamətlərini hiss etməyib.

Tezadlar.az xəbər verir ki, bunu CBS News-a müsahibəsində Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz Rusiya Prezidenti Vladimir Putinin vədinə əməl etdiyinə və ya nüvə silahı göndərdiyinə dair heç bir əlamət görmürük”, - Kirbi iyunun 1-dək Rusiya və Belarus arasında respublika ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi və razılaşma ilə bağlı suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, Vaşinqton da Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətinə dair heç bir sübut görmür.

Martın 26-da Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya və Belarus respublika ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi barədə razılığa gəliblər və onun üçün anbarın tikintisi iyunun 1-dək başa çatdırılacaq. Dövlət başçısı vurğulayıb ki, döyüş sursatları Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilə (START, START-III) üzrə öhdəlikləri pozmadan yerləşdiriləcək.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN