Açıq mənbəli peyk görüntüləri İsrail quru qoşun qüvvələrinin Qəzza şəhərini mühasirəyə aldığını aydın göstərir...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, dünən cümə günü İsrail qoşunlarının Qəzza şəhərini bir neçə istiqamətdən mühasirəyə aldığını bildirib. CNN İDF və HƏMAS tərəfindən yayılan video görüntüləri, həmçinin peyk şəkillərini və sosial mediadan alınan videoları təhlil edib ki, bu da qoşunların şəhəri üç istiqamətdən mühasirəyə alındığını aydın göstərir. Belə ki, qoşunlar Qəzzanın şimal-qərb sərhədindən Aralıq dənizi sahili boyunca, şimal-şərqdən Beyt Hanun yaxınlığında və Qəzza şəhərindən şərqdən cənuba doğru şəhərə yaxınlaşır. İsrail MN-nin sözçüsü Daniel Hagari cümə günü deyib: “İsrail ordusu Qəzzanı və ətraf şəhəri havadan, qurudan və dənizdən mühasirəyə alıb”. Onun sözlərinə görə, döyüşçülər irəliləyir və döyüşlər zamanı “terrorçuların yerüstü və yeraltı infrastrukturunu dağıdır və terrorçuları məhv edirlər”.
Noyabrın 1-də İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında quru əməliyyatında böyük nailiyyətlər əldə edib.
Çərşənbə günü o da məlum olub ki, HƏMAS komandirlərindən biri İbrahim Biari Qəzza zolağının şimalında Cəbəliyədəki qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində öldürülüb.

Döyüşlər davam edir.

A.Məmmədli

israil

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA