...VII əsrdə altıncı şiə imamı Cəfər Sadıq imamlığı öz böyük oğlu İsmayıla verməkdən imtina etdi. Səbəb İsmayılın şərab içməsi ilə əlaqədar idi.

İsmayıl atasından əvvəl vəfat etdi. Bu səbəbdən də şiələrin daxilində parçalanma baş verdi. Şiələrin müəyyən hissəsi imam kimi İsmayılın oğlu Məhəmmədi qəbul etdilər. Nəticədə yeni İsmayılçılar cəmiyyətinin yaranmasını elan etdilər. Bağdadda oturan xəlifə tərəfindən təqib edilən İsmayıllı cəmiyətinin üzvləri gizlənmək məcburiyyətində qaldılar. Bundan sonra onlar xalq arasında belə şaiyə yaymağa başladılar ki, nə vaxtsa qeybə çəkilmiş Mehdi adında yeni imam gələcək və dünyada insanlara irqindən və dinindən asılı olmayaraq bərabərlik və xoşbəxtlik gətirəcək.

VIII  və IX əsrlərdə İsmayıllı cəmiyyətində yenidən parçalanma baş verdi. Bu dəfə özünü İmam Əlinin və Peyğəmbərin qızı Fatimənin nəslindən olduğunu elan edən Ubeydulla adlı şəxs Fatimilər xilafətinin əsasını qoydu. Bu xəlifət dövləti 909-cu ildən 1171-ci ilə kimi hakimiyyətdə qalmışdır. Fatimilər xilafətində dövlətin rəsmi dini İsmayılizm təriqəti olmuşdur.

Məşhur fars şairi Nasir Xosrov İsmayılçıların baş ideoloqu idi. Nasir Xosrov Səlcuqların paytaxtı Mərv şəhərində yaşamış, saraya yaxın olmuş, azadlıq və ədalət carçısı olan sənətkar haqsızlıqlardan bezərək saray mühitini tərk etmiş, Azərbaycanı, kiçik Asiyanı, Suriyanı, Fələstini, Misiri və s. yerləri gəzib dolaşmışdır. Feodal dünyasının qəddarlığını, qarətçiliyini, dini fanatizmi kəskin şəkildə cəsarətlə ifşa edən humanist şair yoxsul xalq kütləsinin mənafeyinin müdafiəsinə qalxmış və xalq hərakatımn tərəfdarı olmuşdur. İdeal hökümdar ideyasını və İsmayılizm ideologiyasını öz idealı hesab edən sənətkar bidətçi kimi hakim və ruhani mühitinin təqiblərinə məruz qalmışdır. İranda İsmayılliyə cəmiyyətinin üzvləri tərəfindən başlanan xalq üsyanına rəhbərlik etmək Həsən ibn Sabbaxın adı ilə bağlıdır. Həsən ibn Sabbax 1054-cü ildə Rey şəhərində anadan olmuşdur. Həsən ibn Sabbax İsmayilizm hərakatının ideologiyasını ifadə və müdafiə edən şəxs olmuşdur. Alamut qalası İsmayıllılar tərəfindən 4 sentyabr 1090-cı ildə tutulmuş və həmin gün İsmayılliyə dövlətinin yaranma tarixi hesab olunur. Alamut qalası sıldırım qaya larla əhatə olunmuş və o dövrün hərbi texnikasına görə alınmaz qala olmuşdur. Səldərəm qayada su anbarı olmuşdur, orada yay vaxtı suyun quruması olmamışdır.

Bu dövlət nə Səlcuq nə də Fatimilər xilafətinə tabe deyildi. Həsən ibn Sabbaxın 35 illik hökmdarlığı dövründə Alamut qalasında heç kəs açıq olaraq şərabdan istifadə etməmişdir. Bu qanunu pozduğuna görə o öz doğma oğlu Məhəmmədi dar ağacından asdırmışdır.

Həsən ibn Sabbax başqa xalq üsyanlarına başçılıq etmiş şəxslərdən fərqli olaraq o varlanmaqdan və şəxsi sülalə qurmadan və hakimiyyəti oğlanlarına verməkdən imtina etmişdir. Həsən ibn Sabbaxın özü və ailəsi də sadə həyat şəraitində yaşamışlar. Məşhur italyan səyahətçi Marko Polo İsmayıllılar haqqında və onların nəşədən terrorçu hazırlamağı haqqında yazmışdır

Aləddin adlı qoca iki dağın arasında yerləşən dərədə böyük və əla bağ yaratmışdır. Bu dağı heç yerdən görmək mümkün deyildi. Həmin bağda ən gözəl imarətlər və saraylar tikilmiş idi. Bu bağın daxilində kanallar çəkilmiş idi. Bu kanalların birindən şərab, digərindən süd, başqasından bal, özgəsindən isə su axırdı. Burada ən gözəl qızlar və qadınlar bütün günü musiqi alətlərində çalıb oxuyardılar. Bu bağın sahibi olan Qoca Ələddin öz adamlarma bu bağın peyğəmbər Məhəmmədin təsvir etdiyi cənnətə oxşadığını deyirdi ki, cənnətdə insanlar istədikləri qədər kanallardan axan şərab, süd, bal və sudan istifadə edəcəklər. Cənnətdə istədikləri sayda qadınları olacaqdır.

Ərəb dilində cənnət sözü bağ deməkdi. Qoca Ələddin bu bağa öz istədiyinə uyğun olaraq beş-on bəzən iyirimiyə qədər gənci seçər onlara nəşəli şərab içirdib kefləndirər sonra bağa gətirib oyadardılar. Oyanan gənc özünün harada olduğunu soruşanda sən cənnətə düşmüsən deyirdilər. Qoca özünü peyğəmbər elan etmiş idi. Buna sadə insanlar inanırdı. Qoca Ələddin istədiyi vaxt kimi öldürmək və qorxutmaq lazım olanda istədiyi gənci yenidən içirdər və onları öz yanına gətizdirərdi. Oyanan gənc gedir qocanın qəbuluna və onun peyğəmbər olmasına inanar və bağda gördüklərini qocaya danışardılar. Kimisə öldürmək üçün göndərilən gənc sağ-salamat qayıtsa onu milli qəhrəman kimi qəbul edirdilər. Əksər hallarda öldürülmək üçün gedən gəncin xilas olması və yaxud salamat qalması mümkün deyildi. Öldürülmək üçün seçilən şəxslər dövlət başçıları olurdular Bu səbəbdən də padşahlar, sultanlar, varlı feodallar və zədagənlar qocaya xərac, hədiyyə və bəxşiş verirdilər. Ölüm hallarının yerinə yetirildiyi yerlər Məkkə, Gəncə, Bağdad və Xorezm dövləti idi.

Həsən ibn Sabbax tərəfindən 1192-ci ildə Fələstində yaşayan əslən Qərbi Avropadan olan və yüksək zədəgan ailəsindən çıxan hersoq Konradanın öldürülməsi xristian dünyasını yasa batırdı. İsmayıllıların ən qəddar düşməni Səlcuq sultanlarından Alp Arslan və Məlik şahın vəziri olmuş Nizamimülk idi. Nizamimülkdə öz məqsədinə çatmaq üçün heç bir tədbirdən əl çəkməmiş edam və xəyanətlə məşğul olmuş və nəticədə özü də Həsən ibn Səbbax tərəfindən göndərilmiş və özünü dilənçi kimi göstərən terrorçu dərviş tərəfindən Bağdad şəhərinə gedərkən yolda öldürülmüşdür.

İsmayıllılar dövlətinə 1162-ci ildə yeni başçı seçilən imam Həsən demokratik islahatlara başladı. Gündə beş dəfə namaz qılmağı, Məkkəyə həccə getməyi və gəlirdən iki yarım faizin tutulmasını ləğv etdi. Şiələrin bəzi şəriət qanunlarına yenilik gətirdi, azan verən zaman üzünü qibləyə tərəf yox əks tərəfə çevirməyi tələb etdi. Şərab içməyə qoyulan qadağanı da ləğv etdi. İnsanlara oxumaq vı oynamaq haqqında icazə verildi. Həsən tələb etdi ki, kişilərin bir qadını olmalıdır, onun özü də bir qadınla yaşamışdır. Qadınları ev dustağı etmək əvəzinə onları maarifləndirmək lazımdır.

Azərbaycanın maarifpərvər yazıçısı M.F.Axundov demişdir: "İmam Həsən, sənə eşq olsun! Avropada inkivizatorlar dahi insanları tonqallarda yandırılan zaman sən insanları elmə və incəsənətə yiyələnməyə çağırdın".

İmam Həsən apardığı islahatların qurbanı oldu. 1566-cı ildə zövcəsinin qardaşı tərəfindən öldürüldü. Hakimiyyətə atasının yerinə imam Nürəddin çıxdı və atasının siyasətini davam etdirdi. Atasını öldürən şəxsin nəslinin bütün adamları öldürülürdü. Hazırda İsmayıllı cəmiyyətinin üzvüləri Dağıstanda, Hindistanda, Tacikistanda, Pamir dağlarında yaşayırlar. İsmayıllıların indiki 49-cu imamı Ağa xandır. O Parisdə yaşayır.

Bu məqalə 1978-ci ildə Moskva şəhərində “Elm”  nəşriyyatı tərəfindən buraxılan kitabdan tərcümə edilmişdir. Kitabı yazıb: L.B.Stroeva

Kitabın adı: XI-XIII əsrlərdə İranda İsmayıllı dövlətinin qurulması

Təqdim etdi: Məhəmməd İsa oğlu (Qarakilsəli)

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN