Formula 1 Azərbaycan Qran-Prisi 2024 üçün geri sayım başlayıb. Bakı start götürəcək yarışa hazırdır.

Tezadlar.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, azarkeşlər bu il Formula 1-in məşhur bütün əyləncəli fəaliyyətlərini Bulvar ərazisində görə biləcəklər. Burada yerləşən azarkeş zonasında Fan-Forum keçiriləcək. Səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcəklər.

Bu il yarış həftəsonu Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünya şöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Eyni axşam, yarış həvəskarlarını Cənubi Afrika Respublikasının məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik, enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu DJ Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN