Gənclər və İdman Nazirliyinin dəstəyi və “Fibonacci Games”in təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində "Fibonacci” əyləncəli və intellektual oyunu üzrə “GİNius tələbə gənclər kuboku 2024” turnirinin növbəti mərhələsi keçirilib.

Tezadlar.az xəbər verir ki, 6 ali təhsil müəssisəsindən 6 komandanın gərgin və maraqlı mübarizə şəraitində keçən yarışında birinci yeri “Everest” komandası (İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı) tutub. İkinci yerə “Zvers” komandası (Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti), üçüncü yerə “Sirius - ATMU” komandası (Azərbaycan Turizm və Menecment Universiteti) layiq görülüblər.

İlk 3 yeri tutan komandalar oktyabr ayında keçiriləcək final oyununda iştirak etmək hüququ əldə ediblər.

Növbəti mərhələ 28 sentyabr, saat 11:00-da Bakı Gənclər Mərkəzində keçiriləcək. Ətraflı məlumat və qeydiyyat üçün əlaqə: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. və 051 813 21 34

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN