Sentyabrın 15-də, 71 yaşına düz bir ay qalmış Tito Cekson kimi tanınan amerikalı sənətçi vəfat edib.

Tito müğənni, instrumentalist, bəstəkar, prodüser Maykl Ceksonun qardaşıdır. Onlar “The Jacksons 5” qrupunda birlikdə çalışıblar. Titonun oğulları, Ceksonun qardaşı oğullarının öz qrupları var - 3T (adları ilə - Tariano, Taryll və Tito Joe).

Tito 1953-cü ildə İndianada anadan olub. O, on yaşında gitara çalmağa başlayıb. Ailə biznesində işləməkdən əlavə, o, bir neçə solo əsərlər yazıb, onlarla görkəmli treklərin müəllifi və ya həmmüəllifi kimi çıxış edib.

Sənətçinin nekroloqu Variety-də ailə dostuna istinadən yer alıb. Əvvəllər müğənni "səyahət zamanı infarkt keçirmişdi". Sənətçinin qohumlarından biri, qardaşı oğlu əmisinin ölümünü təsdiqləyib. Hələlik rəsmi məlumat yoxdur.

Sənətçinin son şousu avqustun 31-də Los-Ancelesdə baş tutub.

Xatırladaq ki, Maykl Cekson isə 2009-cu ildə - 51 yaşına iki ay qalmış vəfat edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN