Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında

“Vışka” qəzetinin informasiya dəstəyi ilə 2024-cü il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması ilə əlaqədar “Təbiətə valeh olanlar” adlı beynəlxalq layihə uğurla davam edir. Belarus Yazıçılar Birliyinin üzvü, 2022-ci il ədəbi müsabiqəsinin laureatı, 17 kitabın müəllifi Tatyana Kudryavtseva (təxəllüsü Tatyana Domaryonok) Bakıya üç böyük çay haqqında nağılını təqdim edib. Müəllif oxuculara planetimizin qeyri-adi dərəcədə gözəl olduğunu xatırlatmaqdan məmnundur. Orada nə qədər gözəl guşələri tapa biləcəyinizi saymaq mümkün deyil!

T.Kudryavtseva nağılında oxuculara Yer kürəsinin  Avropa hissəsində axan üç böyük çaydan bəhs edir. Onlar qan qohumudular, çünki eyni bulaqlardan qidalanırlar. Torpaq çaylara gözəllik və güc verdi, hər biri həyatda öz yolunu seçdi, amma buna baxmayaraq, böyük çaylar bir ailə olduqlarını heç vaxt unutmurlar – iki bacı və bir qardaş. Onların adları Volqa, Qərbi Dvina və Dneprdır.

Nağıl aşağıdakı keçiddə yerləşdirilib:

https://drive.google.com/file/d/1XvKqAHSRq8bsS53pi1vDyvKs5Jvgb15Z/view?usp=sharing

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA