Ukrayna Silahlı Qüvvələri (USQ) Kremennaya Luqansk Xalq Respublikasının (LXR) mərkəzinə zərbələr endirib, nəticədə, iki dinc sakin həlak olub, daha iki nəfər ağır yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Kremen bələdiyyəsinin başçısı Vyaçeslav Tretyakov Telegram kanalında məlumat verib.

"Ukrayna silahlı qüvvələri növbəti dəfə şəhərimizi atəşə tutmaqla kinli təcavüz aktı törədiblər. Düşmən zərbəsi şəhərin düz mərkəzində - vətəndaşlarımızın alış-verişə getdiyi, uşaqların gəzdiyi yerdə endirilib. Bu qanlı hücum nəticəsində iki həmyerlimizi itirdik, daha ikisi isə ağır yaralandı”, - deyə o yazıb.

Tretyakov bildirib ki, Ukrayna hərbçilərinin zərbəsi nəticəsində mağaza yanıb, bölgənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “yanğı tez söndürüb və onun yayılmasının qarşısını alıblar”.

O, həmçinin xatırladıb ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Kremennayadakı transformatora kamikadze pilotsuz uçan aparatla hücum edib və nəticədə, 11 mindən çox abonent enerji təchizatından məhrum olub.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA