Çexiya hakimiyyəti hökumətlərarası məsləhətləşmələri ləğv etməklə, Ukrayna münaqişəsi ilə bağlı fərqli baxışlara görə Slovakiya ilə münasibətləri təhlükə altına qoyub.

Tezadlar.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib.

"Slovakiya hökuməti heç vaxt - bir daha deyirəm, heç vaxt - dərin Çexiya-Slovakiya münasibətlərini heç bir təhlükəyə məruz qoymayacaq", - Fiko Facebook-dakı videomüraciətində bildirib.

Slovakiyanın baş nazirinin sözlərinə görə, ölkələr arasında münasibətlərdə təhlükə Slovakiyanın açıq şəkildə sülhdən danışdığı halda, Çexiyanın Ukraynadakı münaqişəni dəstəkləməkdə maraqlı olması səbəbindən yaranıb. Fiko hesab edir ki, Çexiya hakimiyyətinin qərarının Slovakiyanın suveren xarici siyasətinə heç bir təsiri olmayacaq.

Baş nazirin fikrincə, Çexiya hökuməti “istənilən vaxt Slovakiyada xoş gəlmisiniz” deyə bilər. Fiko qeyd edib ki, Slovakiya Çexiya-Slovakiyanın birgəyaşayışı ilə heç bir əlaqəsi olmayan müxtəlif dünyagörüşlü ölkələr arasında siyasi münasibətləri ağırlaşdırmayacaq.

Bir gün əvvəl Çexiyanın Baş naziri Petr Fiala demişdi ki, Çexiya hökuməti əsas xarici siyasət məsələləri üzrə fikir ayrılıqlarına görə Slovakiyanın Nazirlər Kabineti ilə vaxtaşırı birgə iclasları şəklində keçirilən məsləhətləşmələrdən imtina edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA