Martın 8-də Ukrayna lideri Vladimir Zelenski Telegram səhifəsində ukraynalı qadınlara təşəkkür edən yazı dərc edib, lakin o, bayramın özündən bəhs etməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

“Zelenski martın 8-də ukraynalı qadınlara təşəkkür edərək, bayramın özündən bəhs etmədən paylaşım edib. Prezidentin dərc etdiyi fotolardan belə nəticə çıxır ki, o, yalnız döyüşən, xilasetmə işləri ilə məşğul olan və ya top atəşindən əziyyət çəkən qadınlara təşəkkür edir”, - Ukrayna nəşri qeyd edir.

Bundan əvvəl bildirilmişdi ki, Zelenski cümə günü Türkiyəyə səfəri çərçivəsində Ankara və Kiyevin birgə müdafiə layihələrini müzakirə etmək üçün türk müdafiə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir.

Bundan əlavə, politoloq Sergey Mixeyev qeyd edib ki, Vladimir Zelenskinin komandası Ukraynada seçkilərin ləğvini nəzərə alaraq, tezliklə qeyri-legitim olacaq.

Bundan əvvəl ABŞ Zelenskinin strategiyası ilə bağlı Ukrayna ilə fikir ayrılığından danışmışdı.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA