Ermənistanda Avropa İttifaqına daxil olmaq ideyası fəal şəkildə müzakirə olunur.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Türkiyənin “TRT World” televiziyasına müsahibəsində bildirib.

"Son üç-dörd il ərzində üzləşdiyimiz bütün çətinlikləri nəzərə alaraq, Ermənistanda yeni imkanlar fəal şəkildə müzakirə olunur. Bu silsilədə Aİ-yə üzvlük ideyasının da olduğunu desəm, sirr açmayacağam”, - deyə o, aydınlıq gətirib.

Mirzoyan vurğulayıb ki, Ermənistan xalqının şübhəsiz ki, Avropa istəkləri var. Məsələn, indi ölkə ilə Aİ arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş artıq bağlanıb. Amma İrəvan bu sənədin müəyyən etdiyi çərçivədən kənara “baxmağa” çalışır.

Onun sözlərinə görə, Ermənistan viza rejiminin liberallaşdırılmasını və Aİ ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün istifadə oluna biləcək “bəzi yeni mexanizmləri” müzakirə edir.

Bundan əvvəl xəbər verilmişdi ki, fevralda Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinə doğru hərəkət edəcəyini bildirmişdi.

Xatırladaq ki, fevralın 23-də İrəvan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA