İnternetdə İl-76 hərbi-nəqliyyat təyyarəsinin İvanovo vilayətində qəzaya uğramasından sonrakı ilk dəqiqələrin videosu yayılıb.

Tezadlar.az xəbər verir ki, görüntüləri yerli telekanallar yayımlayıb.

Təyyarə qəzası martın 12-də günorta saat bir radələrində baş verib. Təyyarə planlı uçuşu yerinə yetirirdi, lakin uçuş zamanı onun mühərriklərindən biri yanıb. Təyyarənin düşdüyünü anlayan pilot yanan avtomobili yaşayış binalarından uzaqlaşdırmağa çalışıb və nəticədə, İl-76 meşəlik əraziyə düşüb.

Təyyarədə 15 nəfər olub. Onların taleyi barədə hələ rəsmi məlumat verilməyib, lakin mənbələrə görə, yəqin ki, onların hamısı həlak olub.

Rusiya Aerokosmik Qüvvələrinin komissiyası hadisə yerinə uçub. İlkin məlumata görə, fəlakətə səbəb mühərrikin yanması olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA