booked.netbooked.net booked.net  

İstanbulun Kiçikçəkməcə bölgəsində pişikləri öldürdüyünü və yediyini etiraf edən bir Yaponiya vətəndaşı  cərimələndi və yerli sakinlərin verdiyi məlumata görə, deportasiya ediləcək.

ABC Gəzeti əməkdaşının bildirdiyən görə, bu yaxınlarda qonşuluqda pişik balaları yoxa çıxdı və o və başqaları  yaponlunun pişikləri tutduğunu görüb.

D.M. üç ildir ki, bu ərazidə yaşayır. Yerli sakinlər iddia edirlər ki, 3 gün əvvəl səhər saat 5 radələrində həmin adamın pişikləri tutduğunu görüblər.

Yerli sakinlər yaponiyalını pişiklərlə birlikdə evinə girərkən yaxalayıb və polis çağırıblar.

Polis əməkdaşları pişik oğrusun linç edilməkdən qurtardıqdan sonra o, pişikləri oğurlayaraq yediyini etiraf edib.

ABC Gəzeti  xəbər verir ki, o, 10.375 türk lirəsi (1217 dollar) cərimə edilib  və deportasiya olunmaq üçün miqrasiya xidmətinə aparılıb.

Yasin Öztürk adlı yerli sakinin dediklərindən: “ Mənim pişiyimin iki ay əvvəl balaları olmuşdu və biz onlara necə lazımdı qulluq edirdik. Bir gün pişiyin balaları yoxa çıxdı.Biz indiyənə qədər nə baş verdiyinə inana bilmirik”.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN