booked.netbooked.net booked.net  

Daxili İşlər Nazirliyi (DİN) Bakıda idarə etdiyi avtomobili polisin üstünə sürərək qaçmaq istəyən narkotacirlə bağlı məlumat yayıb.

Yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub.

O, saxlanılarkən avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb.

Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar.

V.Hüsyenova istintaqa ilkin ifadəsində bildirib ki, polis əməkdaşları ona yaxınlaşanda qaçmağa cəhd edib: “Avtomobili polis maşınının üstünə sürdüm ki, qaçım. Atəş açdılar, maşını saxladım. Maşına baxış keçirilən zaman metamfitamin deyilən “şüşə” aşkar olundu. Özüm onu satmaq mqəsədi ilə xarici ölkənin vətəndaşından almışam. Ümumiyyətlə, bu narkotikin satışı ilə məşğulam. Bundan əvvəl də bir dəfə buna görə məhkum olunmuşam”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN