Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də baş tutacaq.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Mәlumata görә, görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək (trt).

Qeyd edәk ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilk dәfә yanvarın 14-dә Rusiyanın paytaxtı Moskvada görüşmüşdü. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpası ilә bağlı qәrar qәbul edilib.

Tәrәflәr arasında ikinci görüş fevralın 24-dә, üçüncü görüş isә mayın 3-dә baş tutmuşdu.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA