booked.netbooked.net booked.net  

“Qlobal iqtisadiyyatın ləngidiyi hazırkı şəraitdə, demək olar, bütün dünyada, o cümlədən region ölkələrində inflyasiya yüksəlir,

faiz dərəcələri artır ki, bu da son nəticədə iqtisadiyyatın inkişafına ciddi təsir göstərir.”

Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial İnkişaf Mərkəzinin direktoru Norbert Funke region iqtisadiyyatının gələcək inkişafından danışarkən bildirib.

N.Funkenin sözlərinə görə, hazırda dünya iqtisadiyyatında baş verənlər səbəbindən bu il və gələn il üçün iqtisadi artımla bağlı nikbin proqnoz vermək çox çətindir:

“Onu da qeyd edim ki, BVF öz proqnozunu bu ay keçirəcəyi illik toplantı çərçivəsində yeniləyəcək”, - Nobert Funke diqqətə çatdırıb.

O, həmçinin vurğulayıb ki, gələcəklə bağlı hazırkı qeyri-müəyyənlik və qlobal artım kontekstində inflyasiyanın səviyyəsinin qarşısını almaq üçün müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirmək lazımdır və güman ki, pul siyasətində də əlavə düzəlişlərə ehtiyac olacaq.

Qeyd edək ki, Dünya Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının real ifadədə 3,1% artacağını gözləyir. Bu, ötən ilin iyul proqnozu ilə müqayisədə 0,8 faiz bəndi azdır.

2023-cü ildə 2,7%-lik artım proqnozlaşdırılır ki, bu da ötən proqnoz ilə müqayisədə 0,7 faiz bəndi azdır. Bələliklə, 2022-2023-cü illərdə ölkə iqtisadiyyatının orta artım tempinin 2,9% olacağı güman edilir.

Həmçinin 2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 4%, inflyasiyanın 11,6% təşkil edəcəyi bildirilib. Bu göstəricilər “Focus Economics”in analitiklərinin proqnozlarında öz əksini tapıb.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN