Qazaxıstanda fransız dili tədris edilən məktəblər açılacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fransaya rəsmi səfər edib. Tokayev səfərlə bağlı Emmanuel Makrona bildirib ki, bu, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və münasibətlərin daha da yüksək səviyyəyə çatdırılması üçün gözəl fürsətdir.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Fransa 2005-ci ildən Qazaxıstan iqtisadiyyatına sərmayə qoyan beş ən böyük investor ölkəsi sırasındadır. Son 9 ayda ikitərəfli ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb. Fransanın Mərkəzi Asiya ilə ticarətinin 90 faizi Qazaxıstanladır. Ölkələr enerji, mədənçilik və yüngül sənaye, tikinti, aerokosmik, maşınqayırma, səhiyyə və qida sənayesi sahələrində birgə səmərəli layihələr həyata keçirirlər.

Qazaxıstanda 170-dən çox Fransa şirkəti və birgə müəssisələr fəaliyyət göstərir. Onların arasında Qazaxıstan iqtisadiyyatının aparıcı investorları olan Total Energies, Air Liquide, Airbus, Alstom, Orano və Danone kimi şirkətlər var. Ötən il Qazaxıstan və Fransa 2030-cu ilə qədər ticarət-iqtisadi və investisiya əməkdaşlığına dair Yol Xəritəsini təsdiqləyiblər.

Danışıqlar zamanı Emmanuel Makron qeyd edib ki, Qazaxıstan Fransanın strateji tərəfdaşıdır. Ölkələr arasında ticarət-iqtisadi əlaqələr fəal inkişaf edir, enerji sektorunda birgə layihələr həyata keçirilir. Avropa İttifaqı Qazaxıstanın müxtəlif layihələrinə fəal şəkildə sərmayə qoyur.

Makron 2024-cü ildə Qazaxıstanda fransız dilinin tədrisi üçün yeni məktəblərin açılacağını da açıqlayıb.

Fransa tərəfi Qazaxıstanda aparılan islahatları dəstəklədiyini bildirib.

 

JASMİN

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA