booked.netbooked.net booked.net  

Azərbaycanın idxalı 15 milyard dollara yüksəlib...
***
Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Əvvəlki hərracda sifarişin 47.9 milyon dollar olduğunu nəzərə alsaq dollara tələbin 2 dəfədən çox artdığını görürük.
Dollara tələbin artması manat üçün risklər yaradırmı? Tələbin artması səbəbləri nədir?
Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərracların keçirilməməsidir.
"Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bu günki hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı.
Müqayisə üçün qeyd edək ki, oxşar tendensiya 2022-ci ilin Novruz bayramından sonra da müşahidə olunmuşdu. Belə ki, 2022-ci il 29 mart hərracında dollara tələb 105 milyon dollar olsa da, sonrakı hərracda sifariş həcmi 72.2 milyon dollara, daha sonra 68.0 milyon dollaradək azaldı", -deyə o, diqqətə çatdırıb.
Vüqar Byramovun sözlərinə görə, növbəti hərraclarda dollara 0lan tələb azalacaq, lakin Mərkəzi Bank növbəti hərracı daha tez keçirməlidir. 
"Bu baxımdan, növbəti hərraclarda mərhələli şəkildə sifariş həcminin azalacağı gözlənilir. Amma təbii ki, bu birbaşa hərracların hansı dövrülükdə keçirilməsindən asılı olacaq. Dollara hərracda tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir", -deyib.
İdxal artdıqca, dollara tələb də artır. 
O, idxalın ilbəil armasına da diqqət çəkib. Belə ki, ötən il 15 milyarda qədər valyutamız xarici ölkələrə axıb.
"2022-ci ildə Azərbaycanın idxalı 14 milyard 539 milyon dollar olub. 2021-ci ildə idxal 11 milyard 705 milyon dollar, 2020-ci ildə isə 10 milyard 732 milyon dollar idi. Göründüyü illər üzrə idxalda hiss edilən artım var. Bunun bir hissəsi dövlət sifarişləri olsa da, biznesin də payı az deyil. Təbii ki, idxal inflyasiyasi da digər indikatordur. İdxal artdıqca, dollara tələb də artır. Doğrudur, ixracatda da artım yüksəkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ixrac qazancımızın əhəmiyyətli hissəsi enerji gəlirləri olaraq valyuta ehtiyatlarımızı artırır. Bütövlükdə, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir", deyə millət vəkili izah edib.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN