Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatdı.

Tezadlar.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 min 500 manat pulunu ələ keçirib. O, digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə ondan 12 min manat pul alıb. M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli sürülüb.

*** 

Bəli, burada aldadandan çox aldananların da günahı az deyil... Axı niyə qanuni yolu qoyub qanunsuz yola əl atılır. Vətəndaş qanuni yola əl atır, görür bu iş rəsmiyyətlə alınmır, dərhal qanunsuz yolu seçir... Bilə-bilə ki, bu mümkünsüzdür. Dələduza da bu lazımdır, fürsəti əldən vermir. 

İndi gəlin məsuliyyəti tərəzinin gözünə qoyaq: kimin günahı daha çoxdur???

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA