Daxili İşlər Nazirliyi Krımskda ticarət mərkəzinin yaxınlığında baş verən atışmaya münasibət bildirib. İdarənin mətbuat xidmətinin məlumatına görə, yerli sakin 3 nəfəri güllələyib, sonra isə intihar edib.

REN TV-nin məlumatına görə, qatilin adı Vladimir Jirovdur. Saat 17:00 radələrində Komarov küçəsində yerləşən tibb məntəqəsinə gələrək təşkilatın işçilərinə atəş açıb. Zərərçəkənlər aldıqları yaralardan ölüblər.

Daha sonra Jirov bayıra çıxaraq yoldan keçənlərə atəş açıb. Vəziyyətlə tanış olan mənbə bildirib ki, kişi boşanma məhkəməsində itirdiyi keçmiş həyat yoldaşına sataşır. Yoldan keçən şəxs silahlı şəxsin qarşısını almağa çalışıb. Jirov onu ticarət mərkəzinin yaxınlığında soyuqqanlılıqla güllələyib.

"Nəticədə, bir nəfər yerindəcə ölüb, ikincisi isə ağır yaralanıb. Bundan sonra həmin şəxs intihar edib", - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Öz növbəsində, İstintaq Komitəsinin mətbuat xidməti qeyd edib ki, 66 yaşlı kişi 1983 və 1969-cu il təvəllüdlü tanışlarını güllələyib və onlar aldığı xəsarətlərdən yerindəcə keçiniblər. Hazırda üçüncü qurbanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı “Qətl” və “Öldürməyə cəhd” maddələri ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA