booked.netbooked.net booked.net  

“Milli Hərəkat”ın üzvləri və tərəfdarları Bidzina İvanişvilinin biznes mərkəzinin yaxınlığında Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriblər.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir  ki, mitinqdə partiya sədrliyinə iki namizəd - Giorgi Mumladze və Levan Xabeişvili də iştirak edib. Mitinqin təşkilatçılarından Giorgi Mumladze bildirib ki, dekabrın 22-dən sonra Bidzina İvanişvilinin Çorvila, Abastumani və Şekvetilidəki digər evlərinin yaxınlığında da oxşar etiraz aksiyaları təşkil olunacaq: “Bugünkü hərəkətimizlə biz Bidzina İvanişviliyə konkret mesaj verməliyik ki, məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın episentrinə çevriləcək və davamlı aksiyalar olacaq. O, həmişə belə hərəkətlərdən qorxur, ona görə də polisi tam səfərbər edir, ona görə də o, polis gücündən istifadə etməklə qorunmalı və evə qapanmalı, sərbəst hərəkət etməməlidir”. 

Bidzina İvanişvilinin Tbilisidəki biznes mərkəzinin ətrafına çox sayda polis əməkdaşları cəlb olunub. Gürcüstan hakimiyyəti isı hələki nə Saakaşvilinin səhhətini, nə də beynəlxalq qurumların, eləcə də Ukraynanın müraciətini nəzərə almır və onu həbsdən buraxmaq fikrində deyil.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN