Yanvarın 18-da Bakı Apellyasiya Məhkəməsində FB-Company kommersiya şirkətinin sahibləri Anar Qəribov və Ağa Əliyevin iddiası üzrə ikinci proses keçirilib.

Qəribov və Əliyev faktiki olaraq Azure Ticarət Mərkəzini dəstəkləyən Bakı Kommersiya Məhkəməsinin qərarını qanunsuz hesab edirlər. İddiaçılar 2019-cu ildə TM-də 1200 kvadrat metrlik kommersiya ərazisi icarə götürüblər, amma Azure rəhbərliyinin yerinə yetirilməsi mümkün olmayan istəkləri ilə əlaqədar orada işləyə bilməyiblər. Biznesmenlərə bir milyon manatdan çox maddi ziyan dəyib. Qəribov və Əliyev biznes üçün dözülməz şərait yaradan və hətta şirkətin əmlakını oğurlayan TM sahibləri Fuad Rzayev və Babək Babayevi ittiham edirlər. Münaqişə 2019-2020-ci illərdə baş verib. Məhkəmə prosesi əvvəlcə Xətai Rayon Məhkəməsində, sonradan Bakı Kommersiya Məhkəməsində keçirilib. Bu il yanvarın 11-də Bakı Apellyasiya Məhkəməsində ilk məhkəmə iclası keçirilib. Turan-ın nümayəndəsi məhkəmə zalında iştirak edib və iclas haqqında hesabat "“Azure” Ticarət Mərkəzinin günahı ucbatından bir milyon manatdan çox iflasa uğradığını bildirən biznesmenin iddiası üzrə məhkəmə başlayıb" sərlövhəli məqalədə təqdim edilib. Amma yanvarın 18-də məhkəmə iclasında hakim Vüsalə Baxışova mətbuatı açıq prosesə buraxmayıb.

XXX

Bakı Apellyasiya Məhkəməsinin (BAM) Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş məhkəmənin işində şəffaflığa riayət olunması tələblərinə münasibəti qəribədir. Prezidentin 4 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanında birbaşa məhkəmələrin öz işində şəffaflığı artırmaq öhdəliyindən bəhs edilir.

Turan məhkəmə iclası haqqında hesabatı proses iştirakçılarının danışıqdıqları əsasında yazmaq məcburiyyətində qalıb.

Turan həmçinin Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova mətbuatın açıq prosesə buraxılmamasının səbəbini açıqlamaq və hakim Baxışovanın hərəkətlərinə qiymət vermək xahişi ilə informasiya sorğusu göndərib.

Cavabdehin vəkili Asim Mirzəzadə Turan-ın suallarına cavab verməkdən imtina edib, öz telefon nömrəsini verməyib.

Beləliklə, ikinci prosesdə Azure şirkətinin vəkili Asim Mirzəzadə dinlənilib. O, müvəkkilinin ödənişin gecikməsi haqqında iddiasını ətraflı şəkildə açıqlayıb. Hakimə icarəçilərin müqavilə müddətində icarə haqqını ödəmədiyi tarixlər barədə məlumatlar təqdim edilib. Azure TM icarəçiləri borcu vaxtlı-vaxtında ödəməməkdə ittiham edir. İcarəçilər icarə müqavilələrinin şərtlərini yerinə yetirmədiklərini inkar edirlər. Vəkil Ənvər Əmirəliyevin müdafiə etdiyi zərərçəkmiş tərəfin nümayəndələri iddia edirlər ki, müqavilə şərtlərinə əsasən bütün ödənişlər vaxtlı-vaxtında həyata keçirilib. Bu, müstəqil auditor rəyində təsdiqini tapıb. Yer sahiblərinin özbaşına hesabladığı artırılmış icarə haqqı ödənilməyib, belə ki, TM müqavilə şərtlərinə riayət etməyib.

Vəkil Mirzəzadə onlar tərəfindən qapıların bağlanması və icarəçilərin işçiləri üçün digər qadağalar haqqında yazılı bildiriş verilmədiyini, yalnız şifahi məlumat verildiyini, amma kommersantlardan icarə haqqı tələb olunduğunu etiraf edib.

Daha sonra vəkil 29 dekabr 2020-ci il tarixində TM tərəfindən icarəçilərin icazəsi olmadan və onlara xəbər verilmədən əmlakın özbaşına çıxarılması faktını təsdiq edib. Məhkəmənin ilk günü zərərçəkmiş tərəfin nümayəndəsi oğurluqdan bəhs edib, Azure-un nümayəndəsi isə başqasına məxsus bir milyon manata yaxın dəyəri olan əmlakın çıxarılmasını tərəflər arasında münaqişə nəticəsində əmlak sahibləri orada olmadığı bir vaxtda əmlakın qorunmasının qeydinə qalmaq kimi qələmə verib. 

Məhkəmə prosesindən aydın olub ki, əmlak sahiblərinə malların, müşahidə kameralarının və ticari avadanlığın çıxarılması haqqında məlumat verilməyib. Qeyd edək ki, əmlakın çıxarılması zamanı onun sahibləri icarəyə götürülmüş yerdə olmayıblar, çünki COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrdə Azure TM məhsulların onlayn formatda satışı üçün dözülməz şərait yaradırdı.

Vəkil Ənvər Əmirəliyevin əmlakın çıxarılması haqqında yazılı bildiriş olmamasının səbəbi haqqında sualına cavabda cavabdehin nümayəndəsi buna bəraət qazandıran dəlillər göstərə bilməyib. Bu zaman TM sahiblərinin nümayəndəsi başqasının əmlakının özbaşına çıxarılması zamanı onlarla icarəçilər arasında müqavilə münasibətləri mövcud idi.

Zərərçəkmiş tərəfin vəkilləri iddia edirlər ki, oğurlanan mallar və avadanlıq yeni, markalı, satış üçün yararlı idi, ən azından ona görə ki, Azure TM ilə müqavilə şərtlərinə əsasən, mağazada yalnız markalı orijinal məhsullar satıla bilərdi. Müqavilə şərtlərinə əsasən, xarab olan məhsullar icarə olunan yerdə saxlanıla bilməzdi. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndəsi birinci instansiya məhkəməsində rütubətli yerdə saxlanılma nəticəsində bütün məhsulların (brend markalı geyimlər) və ticari avadanlığın böyük hissəsinin yararsız hala düşdüyünü təsdiq edib.

Apellyasiya Məhkəməsində tərəflər arasında xərclərin və icarəçilərə dəyən zərərin auditor qiymətləndirməsinə dair müzakirə aparılıb. Zərərçəkmiş tərəfin təqdim etdiyi gəlir-məxaric sənədləri, habelə icarəçi və icarəyə verən tərəf arasında işgüzar yazışma əsasında auditorlar əmlak mübahisəsinin dəqiq maddi zərər məbləğini müəyyən ediblər. Auditor yoxlaması materialları və yuxarıda qeyd edilən sənədlər birinci instansiya məhkəməsinə təqdim edilib.

Azure nümayəndəsi Ə.Mirzəzadə elektrik enerjisi özbaşına kəsildiyi dövrdə TM-in xaricində və daxilində çoxsaylı reklam bannerlərinin nə vaxt yığışdırıldığı haqqında suala cavab verə bilməyib, baxmayaraq ki, müqavilə şərtlərinə əsasən, TM bu reklama görə öhdəlik daşıyır. Azure nümayəndəsi yuxarı mərtəbədə kanalizasiya sistemində baş verən qəza nəticəsində kommersantların əmlakına ziyan dəyməsi zamanı Ticarət Mərkəzinin öhdəliklərini yerinə yetirməməsinin səbəbləri haqqında suala da cavab verə bilməyib. Həmin dövr ərzində TM icarə haqqı tələb edib, baxmayaraq ki, müqavilə şərtlərinə əsasən, icarəyə verən tərəf məhsulun korlanmasına görə birbaşa məsuliyyət daşıyır və nəticələr aradan qaldırılana qədərki dövr üçün ödəniş tələb etməməlidir. Zərərçəkmiş tərəfin şifahi və yazılı bildirişlərinə baxmayaraq, heç kim qanunsuz əməllərin nəticələrini aradan qaldırmaq niyyətində deyildi.

Hakimin icarəyə verən tərəfin qanunsuz olaraq TM-dən uzaq yerdə saxladığı əmlaka dəyən ziyanın xarakteri haqqında sualına cavabda məlum olub ki, manekenlər sındırılıb, avadanlıqlar və elektrik cihazları isə saxlama qaydalarına riayət olunmadığına görə paslanıb və bütün məhsullar yararsız hala düşüb. Geyimlər kiflənib və üzərində qurdlar əmələ gəlib. "Buna görə yalnız məhsulu TM-dən çıxaranlar və uyğunsuz yerdə saxlayanlar cavabdehdir", deyə A.Qəribov məhkəmədə bildirib. 

Hakim Baxışova zərər dəyən məhsulun dəyərini dəqiqləşdirmək istəyib, buna cavab olaraq A.Qəribov oğurluqdan bir il sonra bütün tərəflərin iştirakı ilə 17 gün ərzində spesifikasiyalara uyğun olaraq adbaad siyahı tərtib edilib, qalan əmlakın ətraflı keyfiyyət və kəmiyyət yoxlaması aparılıb, hər şey sənədləşdirilib və materiallar məhkəmə işinin materiallarına qoşulub.

"Məhsul o qədər korlanıb ki, məhkəmə eksperti tam yoxlama həyata keçirə bilməyib, belə ki, qoxu və geyimin üzərindəki həşəratlarla əlaqədar onlar əleyhqaz taxmalı olardı", deyə birinci instansiya məhkəməsinin iclasında Ədliyyə Nazirliyinin eksperti bildirib.

İşləyən mağazanın və əmlakın "itdikdən" sonra düşdüyü halın foto və videokadrlarını Famous Brands Azure YouTube kanalında görmək olar. 

Proses davam edir…

 

 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN