booked.netbooked.net booked.net  

Dələduzluğun və cinayətin sərhədi, dələduzun isə Vətəni olmaz...

Bu zümrə hər yerdə var. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, qonşu ölkədə də belədir. Belə ki, xəstə və istifadəyə yararsız at ətinin emalı və satışını həyata keçirən 3 nəfər məsuliyyətə cəlb edilib. Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sözügedən şəxslər istifadəçiləri aldadaraq insan həyatı üçün təhlükəli olan külli miqdarda xəstə at ətinin emalını və satışını həyata keçiriblər. Bildirilir ki, E.C adlı şəxs fiziki şəxslərdən qanunla qadağan edilmiş qaydada istifadəyə yararsız at əti alaraq D.C adlı şəxsə satıb. Sözügedən şəxs əti hazırlanmış (çəkilmiş) qaydada D.M adlı şəxsə təhvil verirmiş. Adıçəkilən sonuncu şəxs isə at ətini Tbilisidə yerləşən müxtəlif obyektlərə mal əti adı ilə satışını həyata keçirib.

Polis yaxşı tərpənib və əməliyyat-axtarış tədbirləri nəticəsində ticarət obyektlərindən və təqsirləndirilən şəxslərin faktiki fəaliyyət göstərdikləri yerlərdən satış üçün nəzərdə tutulmuş külli miqdarda at əti müsadirə edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 198-ci və 219-cu maddələrinin müvafiq bəndləri əsasında istintaq başladılıb. Təqsirləndirilən şəxsləri üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Azərbaycanda da belələri var və vətəndaşlara isə o qalır ki, inanıb etibar etdikləri şəxs və ya obyektlərdən qidalansınlar...

Teyyub Əlioğlu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN