booked.netbooked.net booked.net  

Günün sualı: niyə Əli Həsənov vəzifəsindən, Bəxtiyar Sadıqov media ailəsindən kənarlaşdırılandan bəri Azərbaycan mətbuatında "reket qəzet", yaxud "reket jurnalist" yoxdur???

...Problem hər bir sahədə var. Bu təbii də ola bilir, süni də. Təbii olanları başa düşürük, həyat davam etdikcə, təbii problemlər də olacaq. Lakin süni problemləri yaradanların, deməli, qanında, məsləkində sünilik var...

 Gəlirəm mətləbə: 2 ilə yaxındır Azərbaycanın peşəkar mediasında yeni nəfəs var. Tanıyanlar bilir ki, yalan-palan söyləməkdən çox uzağam. Və söylədiklərimin ağasıyam- yanlış da olsa, doğru da olsa... Bu gün hörmətini bəslədiyim bəzi dostlarımız var ki, MEDİA rəhbərliyindən narazıdır. Əsasən də narazılıq reyestr məsələsi üzərindədir. Çoxlarına, mən də bu ailənin üzvü olaraq, izah etmişəm ki, reyestr heç kimin üzərində senzuralıq mexanizmi deyil, sadəcə, indiyədək pərakəndəliyin sistemləşdirilməsidir. Prezidentin sabiq köməkçisi Əli Həsənovun dönəmini nə tez unutduq? "Bunu yazma, ona dəymə..." taktikası ilə az qala ayda iki dəfə süni şikayətlərlə Mətbuat Şurasına çağrılmışam. Əli Həsənovun dardüşüncəliyi və mediamıza fərqli gözlə baxması, Bəxtiyar Sadıqovun naşılığı, Əflatun Amaşovun bu iki media qoçusundan çəkingənliyi sayəsində "Təzadlar" da başda olmaqla, az-çox sərbəstlik, azad fikirlilik istəyənlərin, tənqidi jurnalistika yolu tutmuşların başına nə oyunlar gətirilib, bunu hamımız bilirik. O cümlədən, bu gün Əhməd İsmayılovdan narazılar da... Prezident Administrasiyasından-təbii ki, Əli Həsənovun şöbəsindən dəfələrlə zəng olunaraq təhdid ediblər, sonra bu təhdid və təzyiq Mətbuat Şurasına ötürülüb, imtahana - dara çəkilmişik. Ə.Amaşov mənim bu fikrimi həmişə aforizm kimi təkrarlayır: "Təki bizi məhkəməyə versinlər, məhkəmələrdən canımızı bir təhər qurtara bilirik, amma Mətbuat Şurasının "qara siyahısı"ndan qurtarmaq ömürlük azadlıqdan məhrumetmə kimi bir şeydir...".

11212f46-a9b9-41b1-ba19-e08bf4661f1c

Bəli, Əli Həsənovun siyasətsizliyi, mediamızın gələcəyini düşünməməzliyi, Bəxtiyar Sadıqovun (ona qoşulanlar da yetərincə idi) mətbuatımıza, jurnalistikaçıza düşmənçiliyi jurnalistikamızı zəlil və əlil günə salmışdı... 44 günlük müharibədə gördük ki, ölkəmizə gələn əcnəbi jurnalistlərin cavabını Əli Həsənovun yetişdirdiyi və zay məhsulu  olan Mətbuat Şurası yox, Prezident İlham Əliyev verirdi... Niyə? Harda idi deputat, Əməkdar jurnalist(?), "Şöhrət" ordeni almış Bəxtiyar Sadıqov??? İndiyədək fundamental, ölkə əhəmiyyətli bircə ciddi araşdırma məqaləsi olmayan, xarici ölkə mediasında bir cümləsi belə çap olunmamış bu adamın işi-gücü ölkə mediasında "reket" ovuna çıxmaq idi. Ölkədə "Jurnalist" adı gələndə hamı reket düşünürdü! Niyə? Kimsə kimdənsə fırıldaqçılıqla pul alırsa, yaxud buna cəhd edirsə, bunun adı dələduzluqdur və bu əməlin Azərbaycan CM-də konkret sanksiyası var. Əli Həsənov, yaxud Bəxtiyar Sadıqov bunu bilmirdi? Bilirdi, amma Azərbaycan vətəndaşının gözündə jurnalistikamız ucdantutma reket, dələduz... gözündə görünməli idi ki, Əli Həsənovla Bəxtiyar Sadıqov bu mətbəxdə istədikləri "plovu" rahat yeyə bilsinlər. Mətbuat Şurasında isə vəziyyət elə idi ki, demək olar hamı Bəxtiyar Sadıqovun ağzlndan çıxan sözə hakim idi. O nə deyirdisə, bu da olmalı idi...

XXX

Beləliklə, ölkədə jurnalistika hörmətdən salınıb zəlil və əlil günə salınmış, reanimasiya vəziyyətinə gətirilmişdi... Əhməd İsmayılov jurnalistikamızı bu vəziyyətdən çıxarmaq istəyir və buna mümkün qədər də nail olub... İndi ona mane olmaq Əli Həsənovla Bəxtiyar Sadıqovun "dəyirmanı"na su tökmək kimidir... Əli Həsənovun yaratdığı jurnalistika ayrı-seçkiliyi indi yoxdur. Vaxt var idi, nazirliklərin katibələri... Milli Mətbuat Günündə Əli Həsənovla selfi çəkdirməkdə ikən, Azərbaycan jurnalistikasının veteranları, azad fikirliləri bu mərasimə buraxılmırdı. Əhməd İsmayılov isə bu ögey-doğmalığı aradan qaldırıb, hamıya jurnalist gözü ilə baxır. Həyata keçirdiyi media layihələrinə diqqət edibsinizmi? Fəlsəfə ondan ibarətdir ki, Azərbaycan həqiqətləri daxili auditoriyaya deyil, dünyaya yayılmalıdır. Məhz indiyədək yol verilmiş nöqsanlara görədir ki, dünya Azərbaycan həqiqətlərindən xəbərsizdir və erməni yalanlarını oxuyur, görür və ona inanır. Günah nədə və kimdədir? Təbii ki, Əli Həsənovun media siyasətsizliyində və onun Bəxtiyar Sadıqov kimi "media kapitan"lığındadır!

XXX 

SONDA HAMIMIZA BİR SUAL: niyə Əli Həsənov vəzifədən, Bəxtiyar Sadıqov isə media ailəsindən uzaqlaşdırılandan bəri ölkədə nə reket jurnalist var, nə də reket qəzet???

Bu suala cavab haqqını buraxıram jurnalist vicdanımıza... Gəlin elə bu sualın cavabını Əhməd İsmayılovun bütün kənar tənqidlərə dözərək apardığı media siyasətinin fəlsəfəsində axtarın! 

Asif MƏRZİLİ

P.S.İki ilə yaxındır ki, kimsə bizə zəng edib "Bu yazını dayandırın, filan yazını saytdan götürün!"- demirsə, bu, ölkədə tənqidi mediaya və jurnalist sərbəstliyinə verilən dəyər və hörmət deyilmi?

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN