booked.netbooked.net booked.net  

Rəsmi Kiyev paytaxt əhalisini şəhəri tərk etməyə səsləyib...

Buna səbəb Rusiya ordu birləşmələrinin şəhəri amansız raket zərbəsinə məruz qoymağa çalışmasıdır. Bunu kəşfiyyat məlumatları da təsdiqləyib.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildiri ki, raket hücumundan müdafiə olunmaq üçün bütün tədbirlər görülür. Hətta sosial mediada məlumat yayılıb ki, buna cavab olaraq Ukrayna ordusu da Moskvanı raketlə vuramaq barədə əməliyyatlara başlayıb. Prezident Volodimir Zelenski isə bildirib ki, Ukrayna hərbçiləri cəbhənin bütün istiqamətlərində əsas mövqeləri qoruyub saxlayır, bəzi bölgələrdə irəliləməyə hazırlaşırlar. "Biz ön cəbhə xəttindəki vəziyyəti çox diqqətlə və ətraflı araşdırdıq. Nə qədər çətin olsa da, bütün istiqamətlərdə əsas mövqeləri saxlayırıq. Bizim uşaqlar (hərbçilər - red) cəsarətlə müdafiə olunurlar. Elə sahələr var ki, orada irəliləməyə hazırlaşırıq... Biz 9 aylıq genişmiqyaslı müharibəyə tab gətirdik və Rusiya bizi sındırmaq üçün bir yol tapmadı və tapa bilməyəcək. Biz bu cür dayanmağa davam etməliyik! Birlikdə və bir-birimizə kömək edərək"?

Rəsmi Moskvanın bundan sonrakı məqsədi nədir, hələ də aydın deyil...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN