booked.netbooked.net booked.net  

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımlar atılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, Türkiyə ilə Ermənistan arasında həyata keçirilən müzakirələr nəticəsində hava yolu ilə yükdaşımalar mümkün olub. Bunun ardınca isə vizanın alınması qaydası sadələşdirilib.

Rəsmi qurumlardan verilən açıqlamada deyilir: “Qarşılıqlı uçuşlar yaxşı davam edir. İnsanlar arasında təmas başlayıb və rahat şəkildə gedib-gəlirlər. Normallaşma prosesində gözlə görülməyən hadisələr də olub. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar. Çünki Ermənistanla əlaqələr yox idi. İndi internet əlaqəsi yaradılıb. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi. İndi açıqdır. Konsulluq işləri də çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır”. Bundan başqa, diplomatik mənbələr, Ankaranın İrəvanla münasibətlərin normallaşması səylərində səmimi olduğunu xatırladıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN