booked.netbooked.net booked.net  

 

Beynəlxalq aləmdə islam dininə qarşı vahimə və qorxu, islam peygəmbərinin  surətini satirik mövzuda şişirdib yayılması, səmavi kitabımız -Qurani Kərimin səhifələrini küçələrə səpələyib yandırılması və Məscidlərə olan həqarətlər  İranda dövlət siyasətində din xadimlərinin- fars rejiminin idarəçiliyində ərsəyə gəlib.

Özünü islam dövləti adlandıran, islama zidd qaydalarla ölkəni idarə edən molla rejimi Allahın yer üzünün əşrəfi kimi  yaratdığı  insanlara qarşı amansız davranışlarını islamın məqsədi kimi dünyaya çatdırır. İslam pərdəsi altında səfirliklərə hücum və basqınlar,beynəlxalq aləmdəki radikal addımlar, “Kamikadze”lik(mənası İlahi külək”,ikinci dünya müharibəsi zamanı ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad) halları islam dini barədə vəhşi obrazlı  qeyri insani təsəvvülər yaradır. “İslam belədirsə, bizə lazım deyil,”-düşünüb  İslamı elə İranın timsalında hamının gördüyü kimi qəbul edib, ant-İslam hərəkətlərə start verilir.Xristianlığı da Ermənistan urvatsız bir günə qoyub . Məhz bu oxşar cəhətlər,İranla Ermənistanı bir araya gəlməyə imkan verir.Bacılaşıb rəfiqəliyə başladılar...     

İran tarix boyu Azərbaycanla qeyri səmimi olmuş,əməlləri ilə İslam dinini İslam Peyğəmbərinin təlqin etdiyi qaydalarla yox,özünün anladığı kimi ətrafına sırımağa başlayıb.Qərb və avropa İranı məhz səhv,fars ideologiyasına görə   İslamı zorakı,radikal din ,başqa dinlərə qarşı düşmən obrazında tanıyıb.Uzun illər ərzində həyata keçirilən bu yanlış ideologiya İslamı dünyaya “kamikadze”lər ərsəyə gətirən,sülhdən və əmin-amanlıqdan,xeyirxahlıqdan uzaq bir din təsəvvürü formalaşıb.Dünyada müsəlman ölkələri çoxdur.Nə Səudiyyə  Ərəbistanı,nə Türkiyə,nə Azərbaycan ,nə Pakistan və diəğər ölkələr İslamı bu dərəcədə gözdən salmayıb.İsveçdə səmavi kitabımız olan Qurani- Kərimin yandırılaraq hamıya nümayiş etdirilməsi də,İranın əmmaməli rejiminin günahındandır,-deyərdim.

 Yeni ilin 3 yanvar tarixində ,sayıq vətənpərvər vətəndaşlarımızın səhih məlumatı əsasında DİN –nin  “Salam News” informasiya agentliyi və “İnter.az” telekanalında  axtarışları nəticəində 7 nəfərin casusluqda şübhəli bilinərək zərərsizləşdirilməsi də təsadüfi deyildi.

Ölkəmizdə  İranın İslam dininə sığındığı casus şəbəkəsinin eyni dinə və eyni kitaba mənsub, guya qardaş sandığı Azərbaycana qarşı ilk xəyanətkar niyyəti deyildi.Hələ, 2022-ci ilin noyabr ayında DTX İranın xüsusi xidmət orqanlarının məkrli  şəbəkəsini-mütəşəkkil bir dəstəni  ifşa etmişdi. 50-dən çox şəxsin İrana casusluqda şübhəli bilinərək saxlanılması əslində, İranın islama qənim kəsilən  terror şəbəkəsinin həyasızlıqla davam edən hərəkətlərinin canlı təzahürü idi..

İranın küfrlüyə qapılan casus şəbəkəsinin saxlanılması peşəkar kəşfiyyat təcrübəsinə və səriştəsinə malik  əməliyyatçıların gücü ilə de-şifrə  olundu.  İran əmmaməlilərinin zərrə qədər şübhəsi olmasın ki,hər şeydən xəbəri olan ayıq və sayıq kəşfiyyatçılarımızın, peşəkar əməliyyatçılarımızın diqqətindən heç nə yayınmır və  İranın casusluq eşqinə düşən şəbəkəsinin hər addımı,hətta evindəki hərəkətləri də izlənilir.Məsuliyyətdən müvəqqəti kənarda duran mütəşəkkil dəstənin digər üzvləri də əməliyyatçılarımızın qarşısında aciz və üzücü vəziyyətdə duracaqlar.Buna heç kimin zərrə qədər şübhəsi olmasın.

Rəsmi Tehranın siyasəti və diplomatik lövhə üzərindəki gedişləri molla təfəkkürü ilə davam etdiyindən hər tərəfə bağlıdır.Bu,şahmat oyununda bir tərəfin Suqsvanq vəziyyətində olmasıdır.İranın istənilən gedişi ona məğlubiyyət gətirəcək bir durum yaşadacaq.O yolunu casus şəkəsinin,radikal və terror qruplarının gücü ilə asanlaşdırmaq istəyir.Ona görə  meydanda tək qalıb,bir tərəfində Allah evində küfrlük yapan Ermənistan,diğər tərəfində Peyğəmbərimizi aşağılayan Fransa.

Bu ölkələrin də vəfası yox,İran yolda yalqız qalacaq...Sağlıq olsun.

Fars rejimi Xoy vilayətində təbii fəlakətin qurbanlarına çevrilən , şaxtalı-soyuq havada evsiz-eşiksiz qalan vətəndaşlarından-soydaşlarımızdan sanki qisas alır.Dövlət özünün Ali məqsədinin icrasından ekstes edir.Bu da küfrlükdür,Quranın lənətlədiyi küfrlük!

İran farslarının Azərbaycanla bu sayaq davranmasının səbəbləri bəllidir.Görünməyən tərəfi də var.Ehtimal edilir ki,Tehranın ölkəmizin yeraltı sərvətində gözü qalıb.30 il ərzində işğal olunan ərazilərimizin talanmasında türk dünyasına düşmənçiliyini gizlətməyən ermənilərlə birgə taladı.Dadı damağında qalıb.İran Ermənistanın Azərbaycana qarşı cinayətlərində  iştirakçıdır.

Məs: İran Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışan,iradəsiz və rahat ələ alınan Əsgərov Zahir Fəxrəddin oğlunu şəbəkəsinə cəlb edərək, neft platformaları, daşınan yüklər və görülən işlər,habelə İran üçün əhəmiyyət kəsb edən məlumatıar alıb. Zahid Əsgərov Tehran mollalarına ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayədəliklər barədə də informasiyalar ötürürmüş .Vətənin çörəyi haram olsun!

Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərin qarşısını almaq üçün cəzanın sərtləşdirilməsinə zərurət var.Casusluğa-dövlət sirri sayılan məlumatları xarici dövlətə-xarici təşkilata və ya onların nümayəndələrinə vermə,yaxud bu məqsədlə məlumatları oğurlayan,onu toplayan və saxlayan şəxslərə müstəsna cəza tətbiq edilməlidir ki,digərlərinə də görk olsun!

Xalqına və dövlətinə xəyanət etmiş şəxslər heç vaxt islah olunmurlar,çörəyi xəyanətdən çıxan şəxslərin dəyişməsi də mümkün deyil.Belələri nə etdiklərinin fərqində olurlar,ona görə.

 İran həmişə Azərbaycanı gözləmədiyi  həssas nayihəsindən vurmağa çalışıb.

Ya Rəbbim! Bizi “qardaş”sandığımız dövlətdən qoru! Düşmənlərimizdən özümüz  qorunarıq.

 İranın  xüsusi xidmət orqanlarının siyasi xəritəsində Azərbaycan həmişə xüsusi işarə ilə qeyd edilib. Bu məqsədlə İran media və sosial medianın imkanlarından maksimum istifadə etməklə, hər iki sahədə özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb.

Amma sən ,saydığını say... DİN-nin  “SalamNews”   informasiya agentliyi və “İnter.az” telekanalında həyata keçirdiyi  əməliyyat-kəşfiyyat tədbirləri Tehranın istəyini ürəyində qoydu. Yaxın gələcəkdə bu tədbirlərin davamı olacaq,media sektorunda kök salan casus şəbəkəsinin digər nümayəndələrinin  də maskası yırtılacaq!

 Molla rejimi  anlamır ki, vaxt Tehranın xeyrinə işləmir. XXl əsrin tələbləri və modern islahatları ilə barışmağa məhkumsan,İran! Bunu görməmək korluğa,eşitməmək isə karlığa dəlalət edir “Ağayi mən” !

Azərbaycanın İrandakı və Londondakı səfirliklərinə edilən hücumlarınn arxasında dini radikallığın qaydasız bir oyunu dayanır.Bu, İranın  dövlət siyasətinin davamı və təcəssümüdür. Transmilli mütəşəkkil cinayətlərin hazırlanması ,təşkili və icrasında bu”ağa”ların əl-barmaq izləri var.Təlimat Ali aparatda verilib və bu məzhəkənin arxasında məhz İİR-nın molla rejimi dayanır.       

İslam kəlmə olaraq Allaha təslim olma, salamat və sülh içində yaşama mənalarına gəldiyinə görə, islamın məram və məqsədi sülh və əmin amanlıqdan ibarətdir. Müsəlmanların vəzifəsi isə cəmiyyəti və fərdi islah edib,insanlar arasında barışıq və sülh yaratmaqdır.

Ədalət hər zaman və hər yerdə dövlətçiliyi qoruyan başlıca prinsip kimi qəbul edilib.İran dövləti  küfr ilə davam etsə də,  zülm ilə davamı qeyri-mümkündür!

 Şəmsəddin Mənsuroğlu,

Hüquqşünas-publisist                                        

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN