Ötən gün yeniyetmələrin və uşaqların asudə vaxtlarının səmərəli təşkili,

onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə İmişli Olimpiya İdman Kompleksində tədbir keçirilib.

Tədbirlə bağlı millət vəkili Razi Nurullayev də fikirlərini bölüşüb.

R.Nurullayev vurğulayıb ki,  Olimpiya İdman Kompleksində 50 nəfər uşağa tam idman formaları və 15 top hədiyyə edilib.

“Tədbir uşaq futboluna maraq yaratmaq məqsədi ilə həyata keçirilir. Tədbirdə millət vəkili, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, deputat həmkarım Sabir Hacıyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Cəbhə Partiyasının İmişli rayon sədri Sərvaz Hüseyinoğlu, İmişli futbol klubunun rəhbəri Aqşin Mürsəlov, yeniyetmələr və uşaqlar iştirak ediblər. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdirdilər”, - deyə millət vəkili bildirib..

Sonda Razi Nurullayev bu bayramı İmişli uşaqlarına hədiyyə etdiyi üçün deputat həmkarı Rauf Əliyevə təşəkkür edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA