booked.netbooked.net booked.net  

Bir ay ərzində Almaniya kansleri Olaf Şolz vətəndaşların rəğbətini “xeyli dərəcədə itirdi”.

Bu barədə Tagesspiegel "Politbarometer" ZDF-yə istinadən xəbər yayıb.

Bu arada Almaniyanın xarici işlər naziri Annalena Berbok (Yaşıllar) vətəndaşları öz tərəfinə çəkməkdə davam edir.

Siyasətçilərin simpatiya və fəaliyyətinə görə  mənfi beşdən artı beşə qədər olan şkalalanın köməyi ilə qiymətləndirdiyi nazir 1,0 qiymət alıb.

"İkinci yerdə Federal iqtisadiyyat nazirliyindən Burbokun partiya yoldaşı Robert Habek (0,9), qçüncü yerdə isə kansler Olaf Şols (0,5) qərarlaşıb -  həm də əvvəlki ayla müqayisədə əhəmiyyətli dərəcədə itki ilə. Dördüncü yerdə federal səhiyyə naziri Karl Lauterbax (0,1)”, - deyə  bildirilir.

Sorğunun nəticələrinə görə, vətəndaşların gəlirləri Almaniya əhalisinin əksəriyyətini qane etmir. Respondentlərin 58 faizi əsas gəliri “kifayət qədər pis”, yalnız 35 faizi isə “olduqca yaxşı” hesab edir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN