booked.netbooked.net booked.net  

Riqada rus şairi Aleksandr Puşkinin abidəsi təhqir olunub - naməlum şəxslər heykəlin və göstərici lövhələrin üzərinə boya töküblər.

Bu barədə Delfi yazıb.

 "Latviyanın Müstəqillik Gününün qeyd edilməsi böyük rus şairi A.S.Puşkinin Riqanın mərkəzi parkında ucaldılmış abidəsinə qarşı vandalizm aktı ilə başlayıb. Müasir Latviya cəmiyyətində belə mənəvi-əxlaqi göstərişlər hökm sürür. Özünüz nəticə çıxarın", - deyə Rusiya səfirliyinin məlumatında bildirilib.

Latviya dövlət polisi əməkdaşlarının vandalizm faktını müəyyən etmək üçün əraziyə getdiyini bildirib.

Qurum araşdırmaya başlayıb.

***

Qeyd edək ki, dahi rus şairi, dramaturq, Aleksandr Sergeyeviç Puşkin 1799-cu il iyunun 6-da Moskvada anadan olub. 1811-ci ildə Puşkin Çarskoselsk liseyinə qəbul olur. Liseydə oxuduğu 6 il onun şairlik istedadının inkişafına köklü şəkildə təsir göstərir. Sonralar dekabristlərlə qurduğu yaxın ünsiyyət şairin yaradıcılığında öz izini buraxır. O, “Çaadayevə”, “Kənd” və başqa bu kimi siyasi şeirlər yazır. 1820-ci ildə Puşkin hələ liseydə təhsil alan zaman başladığı “Ruslan və Lyudmila” poemasını bitirir. Qafqaz əsiri”, “Baxçasaray fontani”, “Quldur qardaşlar” əsərlərini yazır, ona şöhrət gətirən “Yevgeni Onegin” romanının və bir çox şeirlərin müəllifidir.

1834-cü ildə Peterburqa gələn fransız baron Jorj Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulur və ona diqqət göstərməyə başlayır. Bu bir çox dedi-qodunun yaranmasına səbəb olur. Bu səbəbdən Puşkin Dantesi duelə çağırsa da onun Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra duel çağırışını geri götürür. Lakin evləndikdən sonra belə Dantes Puşkinin həyat yoldaşına diqqət yetirməkdə davam edir. İntriqanın böyüməsində Dantesin atası baron Qekkernin də rolu az olmur. Bu hadisələrdən usanan Puşkin Dantesin onu duelə çağıracağına ümid edərək baron Qekkernə təhqiramiz məktub yazır. Belə də olur, 1837-ci il yanvarın 27-də duel baş tutur. Puşkin qarnından ölümcül yaralanır və 2 gündən sonra 1837-ci il yanvarın 29-da vəfat edir. Nümayişlərin başlayacağından ehtiyat edən çar Puşkinin nəşini Peterburqdan məxfi olaraq çıxarılmasını əmr edir.

Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğur. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyə həsr edir.

Puşkin Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.

 

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN