...Bu gün Müsavat Partiyasının Gəncə təşkilatının və Bankının sədri, sonralar isə Müsavat Partiyasının Xarici Ölkələr Bürosuna rəhbərlik etmiş Məşədi Əli Rəfiyevin İstanbulda vəfat etdiyi gündür.  O, 1880-ci ildə Gəncədə doğulub, "Şah Abbas" məscidi yanındakı mədrəsədə də təhsil alıb.
Siyasi bioqrafiyasına baxanda 1910 1913-cü illərdə — Gəncə Şəhər Dumasının qlasnısı olmaqla xeyriyyə işlərində fəallığını görürük. Bu da onun atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü kimi təsdiq edilməsinə, böyük nüfuzuna səbəb olur.
Müsavat Partiyası ilə birləşməzdən əvvəl Türk Ədəmi-Mərkəziyyət Firqəsinin fəallarından biri kimi çoxlarının diqqəti cəlb etmişdi. Bu isə sonralar onun yolunu Azərbaycan Cümhuriyyəti dönəmində Gəncə şəhərindəki Azərbaycan Dövlət Bankının ilk sədri vəzifəsinə gətirib çıxarır...Buna qədər isə ermənilərin Azərbaycan türklərinə qarşı 1905-1906-cı illərdə törətdikləri qətliamın qarşısını almaq üçün qurulan “Difai” partiyasının Gəncə Komitəsində vəzifə sahibi olduğunu görürük. 2 dekabr və 11 dekabr 1919 tarixləri arasında isə Bakıda toplanan Müsavat Partiyası II Qurultayının Divani-Rəyasətinə seçilir.
Sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanında Rəfioğlular ailəsi nəinki iştirak edir, hətda bu üsyanın təşkilatçılarından olurlar. Bu üsyanda onun böyük oğlu Məhəmməd Rəfiyev şəhid olur...
Üsyan yatırıldıqdan sonra isə qardaşı Musa ilə birlikdə əvəl Təbrizə, sonra isə Türkiyəyə keçir. Türkiyədə olarkən birinci nikahdan olan xalası qızı Xədicə xanım Əliəsgər qızı Rzayevadan doğulmuş oğulları Səlim və İslamı yanına gətirə bilir .(bu nikahdan 4 oğlu (Məhəmməd, Hüseyn, Səlim, İslam və 3 qızı -Validə, Cəmilə, Şəfiqə doğulub ) Xədicə xanım isə Türkiyəyə gələ bilmir.
Türkiyədə mühacirətdə olarkən Məşədi Əli bəy M.Rəsulzadənin İstanbulda yaratdığı Müsavat Partiyası Xarici Ölkələr Bürosunun tərkibində yer alır və sonralar bu büronun maliyyə komitəsinə Rəsulzadədən sonra rəhbərlik edir.
Məşədi Əli Rəfioğlu “Camel” firmasının Türkiyə bölümündə çalışdığı vaxtlarda ikinci dəfə ailə qurur. O, Türk dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla evlənir. O vaxt Krımda, Bağçasarayda doğulan orta təhsilini Bakıda almış Nigar xanım atasının ölümündən sonra ailə üzvləri birlikdə Türkiyəyə gəlmişdi...
Beləliklə də İsmayıl bəy Qaspıralının qızları Azərbaycanın iki tanınmış şəxsiyyəti ilə ailə həyatı qurublar. Bildiyiniz kimi Şəfiqə xanım Qaspıralı Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı idi...
Məşədi Əli bəy 1948-ci ildə vəfat edəndə cənazəsi 9 sentyabr 1948-də Təşviqiyyə Camesində qılınan namazdan sonra Fəriköy məzarlığında dəfn edilir
Ruhu qarşısında baş əyirəm...
Baba Allahnəzərov
Pin It

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN