1986-cı ildə SSRİ-də ilk dəfə qeyri-formal olaraq “Aşpazlar cəmiyyəti”  - klubu yaratdıq.  Və oradan təklif verməyə başladıq ki, Azərbaycanda milli  kulinariya muzeyi yaradılsın – elmi tədqiqatlar həyata keçirilsin, canlı muzey olsun və Azərbaycan mətbəxi öyrənilsin.

Bunu Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin ilk direktoru və təşəbbüskarı, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olarkən bildirib. “Əslində mən bu işlərə 80-ci ildə, hələ Leninqradda institutda təhsil alarkən başlamışdım. Mənim ilk tələbə elmi işim institutda birinci yeri, SSRİ-də isə ikinci yeri tutdu. İki ay Azərbaycan mətbəxində oldum. Və mən gördüm ki, Azərbaycan mətbəxi azərbaycanlılar tərəfindən yazılmır, öyrənilmir, kulinariya kitablarımız başqa xalqlar tərəfindən yazılır. Kitablar da yox idi Azərbaycan mətbəxi haqqında. Mənbələr, ümumiyyətlə üzə çıxarılmırdı, yox idi. Bu, məni incitdi və mən bütün həyatımı bundan sonra bu işə həsr etməyə sərf etdim. Əvvəlcə çaydan başladıq.  “Çaydan yaxşı, ancaq çay ola bilər”adlı kitabım dərc olundu. 1984-cü ildə institutu bitirdikdən sonra Gəncə şəhərinə gəldim. 1987-ci ildə Azərbaycanda “Ticarətin Elmi-Texniki Cəmiyyəti” vardı. Cəmiyyətin sədri isə Yusif Ələkbərov idi. Onun köməyi ilə konfrans keçirdik. Ticrət naziri də iştirak etdi. Konfransın sənədlərində Azərbaycan milli kulinariya muzeyinin elmi-tədqiqat kompleksinin yaradılması məsələsi də qeyd edildi. O zamanlar SSRİ ticarət nazirliyinin yalnız bir elmi-praktiki jurnalı vardı – “Питание и общество”. Sovet dövründə jurnalda Azərbaycan mətbəxi haqqında heç bir məlumat dərc edilmirdi. Orada erməni Smirnovanın "erməni mətbəxi" məqaləsi dərc edilmişdi. Mən ona cavab yazdım. Həmin məqalənin dərc olunmasına çalışdım. O zaman da Yusif Ələkbərov dəstək verirdi. Məqsədimə çatmaq üçün Moskvaya getdim və jurnalın nəşr olunduğu redaksiyada oldum”, - deyə o, qeyd edib.

Dünyaşöhrətli kulinar onlar məqaləni dərc etmək istəmədikdə həmin məqaləni Almaniyada  dərc etdirəcəyini və bunun onlar üçün heç də yaxşı olmayacağını diqqətlərinə çatdırıb... “Baş verənlərdən sonra  SSRİ-nin “Qida İnstitutu”,  ticarət nazirinin birinci müavini Savçenko, Rusiya ticarət naziri və digərləri bir yerə toplaşaraq mənə 3-4 səhifəlik cavab məktubu göndərdilər, hansı ki, həmin cavab məktubu indiyədək arxivimdə durur. Həmçinin həmin cavabın bir surətini də ticarət nazirinə göndərdilər ki, məni sakitləşdirsinlər...  Sağ olsun yenə də Yusif Ələkbərov getdi məni müdafiə etdi. Və 1989-cu ildə məni Bakıya dəvət etdilər. Məni Ticarət Nazirliyinin nəzdində Elmi Nailiyyətlərin Tətbiqi Mərkəzində ictimai iaişə şöbəsinin sədri təyin etdilər. O zaman mən artıq Gəncədə böyük biznes qurmuşdum – 23 obyektim vardı, hamısını hədiyyə edib Bakıya gəldim..."

 Daha ətraflı: Təzadlar TV-dən (TTV AZ)  izləyə bilərsiniz.

 JASMIN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN