booked.netbooked.net booked.net  

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən layihə

çərçivəsində Türkiyədə yaşayan soydaşımız, yazıçı, publisist, Mərkəzi Kitabxananın Fəxri oxucusu Afət Ruhan Arslan “Göygöl əfsanəsi”ni təqdim etdi. Əfsanənin motivləri Vətənimizin dilbər guşələrindən biri, Gəncəmizin mavi incisi Göygölün adından götürülmüşdür. Təbiətin şah əsəri, əsrarəngiz gözəli, nazlı Göygöl əfsanələrə görə nakam bir sevgi tarixçəsindən yaranıbmış. Ülvi hisslər, sədaqət  və əhdə vəfa hekayənin əsas meyarlarındandır. Qəhrəmanlar Mavi adlı gözəl qız və Duman adlı iğid oğlandır. Mavi ilə Dumanın sevdası haqqında olan bu həzin əfsanə dramatik və faciəli sonluğla bitir, dillərdə dastan olan bir sevdanın şahidi olur oxucular.        Masmavi gölün  dalğalanan suları, səhər şəfəqlərinin damlalara saçdığı parlaqlığın göz oxşayan maviliyi insanları heyrətə düşürür. Əfsanədə müəllif təbiəti, onun heyratamiz gözəlliyini təsvir edir. Tanrının yaratdığı bütün gözəllikləri insaniləşdirir, onu sevməyi və qorumağı tövsiyə edir.

Əfsanə aşağıdakı keçiddə verilib: https://drive.google.com/file/d/1aS7iyI-n3EHa75pdx_9kgGi6POmCA39A/view?usp=sharing

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN