booked.netbooked.net booked.net  

Artıq öyrəşmişik, hər gün hansısa məktəbdə nəsə bir hadisə baş verməlidir, hansısa bir videogörüntü yayılmalıdır..

Bu gün  yayılan videoda da paytaxtın 161 saylı orta məktəbin direktoru və yanında əyləşən müavinlər tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmayıblar. Tədbirdən çəkilən videogörüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən apa-ya bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. 

Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Yəqin ki, məktəbin direktoru Ruhiyyə xanım baş verənlərin səbəbini izah edə biləcək...

 Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN