Sərəncamın humanist məqamlarından biri də odur ki, artım təhsil ocaqlarımızda ödənişli əsaslarla təhsil alan minlərlə tələbəyə də şamil ediləcək.

Bu fikri təhsil üzrə mütəxəssis Nadir İsrafilov Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan danışarkən bildirib.

Onun sözlərinə görə, təqaüd artımının akademik göstəricilər üzrə müəyyənləşdirilmisi rəqabət mühitini bir az da fəallaşdıracaq.

“Hər bakalavr 100 manat, 145 manat deyil, 175 manat, hər maqistr 110 manat, 160 manat deyil, 195 manat uğrunda 100 ballıq yarışa qoşulacaq. Orta ixtisas təhsili müəssisələri və peşə təhsili müəssisləri də eynilə...”, - deyə vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. 
 
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. 

Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq.

Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımların 1,9 milyon vətəndaşı əhatə edəcəyi bildirilib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA