Özbəkistan Xalq Təhsili Nazirliyi “Son zəng”in keçirilməsi üçün qaydalar toplusu hazırlayıb.

 Özbəkistan KİV-nin məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında xəbər verib.

Qeyd edək ki, Özbəkistan məktəblərində ənənəvi olaraq “Son zəng”  mayın 25-də çalınır.

 Məlumatda bildirilir ki, nazirliyin hazırladığı qaydalar toplusu artıq ölkənin bütün məktəblərinə göndərilib. Sənəddə tədbirin keçirilmə vaxtı və yeri, habelə mütləq məqamları ətraflı təsvir edilib. Xüsusən də bayram çərçivəsində yüksək reytinqə görə ən yaxşı şagirdlər mükafatlandırılacaq.

Nazirlik, həmçinin məktəblərə “Son zəng”, yoxlama imtahanı və yekun dövlət attestasiyası üçün şagirdlərin valideynlərindən pul yığılmasını qadağan edib.

Bundan əlavə, nazirlik məktəb rəhbərliyinə və müəllimlərə qiymətli hədiyyələr verməməyi qətiyyətlə tövsiyə edir.

 Qeyd edək ki, mənzillərdə, restoranlarda və ya kafelərdə banketlə, avtomobil gəzintisi ilə məzun gecələri və s. əlavə bayram tədbirləri də qadağalara daxildir.

Bildirilir ki, bu qaydalara əməl olunmasına məktəblərin müşahidə şuralarının üzvləri nəzarət etməlidir.

 Xatırladaq ki, Azərbaycan məktəblərində “Son zəng” iyunun 14-də keçirilir.

Pandemiya səbəbindən son iki ildə bu tədbir keçirilmirdi, hətta onlayn keçirildiyi zaman da olmuşdu.

 Lakin 2021-2022-ci tədris ilinin başa çatması ilə bağlı orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri ənənəvi qaydada keçiriləcək.

Bu barədə  Təhsil Nazirliyi məlumat yayıb. Məlumata görə, epidemioloji vəziyyət icazə verdiyi təqdirdə “Son zəng” tədbirləri ənənəvi şəkildə təşkil olunacaq.

Lakin tədbir üçün pul yığımı, müəllimlərə hədiyyələr, restoranda qeyd etmələr və s. barədə isə heç nə deyə bilmərik...

Qadağalar barədə yəqin ki, Təhsil nazirliyimiz qərar verə bilər.

Göründüyü kimi, Özbəkistanda artıq  məktəblərlə bağlı qaydalar topusu da hazırlayıblar - ola bilər ki, kimə görəsə sərt...

 

JASMİN


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA