booked.netbooked.net booked.net  

Sertifikasiya ilə bağlı vahid ədəbiyyatın olmaması müəllim arasında narahatlığa səbəb olur. Onlar hansı ədəbiyyatı oxuyacaqları ilə bağlı tərəddüd yaşayırlar.

Bunu KIV-ə açıqlamasında sabiq millət vəkili, təhsil üzrə ekspert Sona Əliyeva bildirib.

O, qeyd edib ki, xarici ölkələrdə vahid ədəbiyyat deyilən anlayış yoxdur.

 “Azərbaycanda bu istiqamətdə ümumiyyətlə, yeni ədəbiyyat yoxdur. Müəyyən tədris mərkəzləri bəzi vəsaitlər çap edir, bunlar MİQ, DİQ kimi sahələri əhatə edir. Lakin ən azından Təhsil Nazirliyi sertifikasiya üzrə tövsiyə siyahısı hazırlaya bilər. Çünki müəllimlər imtahana hazırlaşarkən nəyəsə istinad etməlidilər. Sertifikasiya ilk ildir ki, keçirilir. Proses əvvəlki illərdən tətbiq edilsə və müəllimlərin onunla bağlı anlayışları yaransa idi, onlar  üçün rahat olardı. Təhsil Nazirliyi DİM təcrübəsindən yararlana bilər. Dövlət İmtahan Mərkəzi abituriyent və magistrlar üçün imtahan keçirməmişdən qabaq siyahı tərtib edir ki,  mövzular üzrə hansı hissələr düşəcək”, -deyə bildirib.

Sona Əliyeva müəllimlərə olan münasibətə toxunaraq, qeyd edib ki, "son zamanlar həm cəmiyyət, həm də Təhsil Nazirliyi tərəfindən     müəllimlərə  olan münasibəti birmənalı olaraq başa düşmürəm".

“Müəllimlər robot deyil, onların yüksək intellekt səviyyəsi olsaydı,  gedib professor olar, elmi dərəcə alar, müəyyən kəşflər edərdi. Bu insan fənn  öyrədir. Onun hədəfi və məqsədi ondan ibarətdir ki,  qoyulan vəzifəni layiqincə yerinə yetirsin. Müəllimlərdən gözləntilər niyə bu qədər yüksəkdir?! Niyə onların bilik səviyyələri davamlı olaraq yoxlanılır?!  Bu məsələdə kompramis olmalıdır, - pedaqoq vurğulayıb.

 Sonda o, məsləhət görüb ki, müəllimlərə dəstək olmaq vacibdir  və qütblər yaratmaq lazım deyi.

 

 Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN