booked.netbooked.net booked.net  

Apteklərdə həyati əhəmiyyətli uşaq antibiotiklərinin çatışmazlığının yarandığı bildirilir.

Beləki, apteklərdə "Cefuroxime" və "Cefixime" dərmanlarını tapmaq problemlidir.

 Rusiyanın “Megapteka” aqreqatorunun məlumatına görə, Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Samara, Krasnodar və Rusiyanın digər şəhərlərində dərman qıtlığı var.

Bu barədə “The Moscow Time” yazıb.

“Suspenziyaların hazırlanması üçün qranullarda olan “"Cefuroxime” Moskvada (1883 aptek), Sankt-Peterburqda (1235 aptek), Nijni Novqorodda (509 aptek), Samarada (370 aptek), Krasnodarda (358 aptek), Volqoqradda (274 aptek), İjevskdə (271 aptek), Stavropolda (225 aptek) və digər böyük şəhərlərdə yoxa çıxıb”, - məlumatda qeyd edilib.

Bu antibiotik qrupu yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları üçün istifadə olunan həyati əhəmiyyətli dərmanlar kateqoriyasına daxildir.

Əvvəllər Rusiya Federasiyasında belə infeksiyanın müalicəsi üçün “Amoksilav” preparatından istifadə olunurdu, lakin bu dərmanın 2022-ci ilin noyabrından Rusiya apteklərində tapılması nadir hala gəldi.

Qeyd edək ki, Rusiyadda kəskin respirator virus infeksiyası (KRVİ) və qripə yoluxma halları artıb. Hətta ötən ay Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Kremlin bir çox əməkdaşı da qripə yoluxub.

Həmçinin “Rospotrebnadzor”un məlumatına görə, Rusiyanın əksər regionlarında donuz qripi aşkarlanıb.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN