booked.netbooked.net booked.net  

Növbəti pandemiya başlayanda biz daha səmərəli hərəkət etməli, hazırlaşmalı və COVID-19 pandemiyası nəticəsində yaşadıqlarımızdan ibrət götürməliyik.

TEZADLAR.AZ xəbər verir ki, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Beynəlxalq Epidemiya Əleyhinə Hazırlıq Günü ilə əlaqədar müraciətində yer alıb.

BMT-nin Baş katibi qeyd edir ki, COVID-19 pandemiyası artıq səhiyyə sahəsində beynəlxalq fövqəladə hal deyil. Lakin xəstəlik hələ də dövr etməkdə, onun dağıdıcı fəsadları isə hiss olunmaqdadır.

A.Quterreşin sözlərinə görə, pandemiyanın vurduğu iqtisadi zərər də aradan qaldırılmayıb, əksər ölkələrin səhiyyə sistemləri böyük çətinliklərlə qarşılaşır. Bundan başqa, milyonlarla uşaq planlaşdırılan peyvəndlənməni ötürərək xəstələnmə təhlükəsinə məruz qalır. COVID-19 əleyhinə birinci vaksinin işlənib hazırlanmasından üç il keçdikdən sonra da milyardlarla insan, o cümlədən böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayanlar müdafiəsiz qalır.

“Dünya birgə səylərlə viruslar üzərində epidemioloji nəzarəti yaxşılaşdırmalı, səhiyyə sistemlərini möhkəmləndirməli və əhalinin səhiyyə xidmətləri ilə hərtərəfli əhatə olunması vədini həyata keçirməlidir. Zəngin ölkələr pandemiya ilə mübarizə üçün tibbi preparat ehtiyatlarını topladıqda və onlara nəzarət etdikdə, biz mənəvi və tibbi fəlakət imkanlarının qarşısını almalıyıq, hamı üçün diaqnostikaya, müalicəyə və vaksinlərə əlçatanlığı təmin etməliyik”, - deyən Baş katib bu kontekstdə Ümumdünya Səhiyyə Təşkilatının nüfuzunun möhkəmləndirilməsinə və maliyyələşdirilməsinin genişləndirilməsinə çağırıb.

Quterreş əmindir ki, bu səylər öz bəhrəsini verəcək. Sentyabr ayında bu məsələ ilə bağlı yüksəksəviyyəli iclasda aktiv siyasi bəyannamə qəbul olunub. Bu, pandemiya üzrə Cenevrədəki sazişə dair razılaşmaları tamamlayır.

“Gəlin, birlikdə COVID-19 pandemiyasından götürdüyümüz ibrət dərslərini nəzərə alaq, hazırlaşaq və hamı üçün ədalətli və sağlam dünya quraq”, - deyə Quterreş müraciətinə yekun vurub.

 

AzərTac

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN