booked.net booked.net  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 110 ölkədə “Covid-19”a yoluxma hallarının artdığını qeyd edərək epidemiyanın bitmədiyi barədə xəbərdarlıq edib.

TEZADLAR.AZ xə bər verir ki,   Təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus sözügedən mövzu ilə bağlı deyib: “110 ölkədə “Covid-19”un digər variantları olan BA.4 və BA.5 yoluxma hallarının artmasına səbəb olub. Dünya üzrə ümumi yoluxma halları 20 faiz çoxalıb, 3 bölgədə isə ölüm nisbətləri artıb.

  Epidemiya dəyişir. Biz virusla mübarizədə irəliləyiş əldə etmişik, lakin epidemiya hələ bitməyib. (trt)

  Test, yoluxma hesabatları və genom ardıcıllığı azaldığından ÜST-ün virus izləmə qabiliyyətini məhdudlaşıb.

  Mövcud “Omicron” variantının təqibi və bundan sonra ortaya çıxacaq variantları təhlil etməkdəyik.

  Yoluxma sayındakı mövcud artımın “Covid-19”u daha təhlükəli etməməsi üçün peyvənd mühümdür. Son 18 ayda ölkələrə 12 milyard dozadan çox peyvənd paylanıb.

  Dünya üzrə tibb işçiləri və 60 yaşdan yuxarı insanların peyvənd olunma nisbəti 75 faizdir.

  Bütün ölkələri əhalinin ən azı 70 faizini peyvənd etməyə çağırıram”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA