booked.netbooked.net booked.net  

"Qardaş Qırğızıstan Respublikasının Prezidenti olaraq Sizdən xahiş edirəm, adı çəkilən saytın təxribatına qarşı tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz»

Qırğızıstanın manas.news saytı bu gün «Martın 5-də Dağlıq Qarabağda atışma olub: Ermənistan və Azərbaycan hərbçiləri həlak olub» başlıqlı xəbər yayımlayıb. Həmin xəbərdə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələr işlədilib. Belə ki, türkdilli respublikanın rəsmi sayılan saytı yazır: «Dağlıq Qarabağda insident baş verib, nəticədə Ermənistan və Azərbaycan hərbçiləri həlak olub. Dağlıq Qarabağ Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu DQR Daxili İşlər Nazirliyinin viza nəzarəti əməkdaşlarının növbətçi avtomobilini atəşə tutub. Bu insident nəticəsində 3 polis əməkdaşı həlak olub, daha biri yaralanıb» və s.

«Təzadlar»ın Baş redaktoru Asif Mərzili bildirdi ki, bu təxribat xarakterli məlumatı görən kimi saytın iki elektron poçtuna ciddi iradını yazaraq həmin xəbərin saytdan götürülməsini tələb edib:

-Qardaş Qırğız Respublikasının belə bir saytından gözlənilməz səhv və ya təxribat mənim üçün gözlənilməz idi. Dərhal həmin saytın iki elektron poçtuna məktub yazaraq qeyd etdim ki, Azərbaycan 2020-ci ilin noyabrından Ermənistanın 30 illik işğalına son qoyaraq öz ərazi bütövlüyünü təmin edib. İndi Azərbaycan Respublikasının daxilində Qarabağ bölgəsi var. Və Qarabağda da nə qondarma «Dağlıq Qarabağ Respublikası», nə də onun hansısa «Daxili İşlər Nazirliyi» vardır və s. Bununla da kifayətlənməyərək Qırğızıstan Prezidenti Sadır Japarovun Adminstrasiyasına və özünə, eləcə də Qırğızıstan PA-nın facebook səhifəsinə və elektron poçtuna rus dilində yazaraq Prezidentdən xahiş etdim ki, bu təxribatçı məlumatı yazan sayta qarşı tərbir görülsün.

***

Baş Redaktorun Prezident Sadır Japarova yazdığı müraciətində isə deyilir: «Qırğızıstan Prezidenti cənab Sadır Japarova!

Cənab Prezident! Mən- Asif Mərzili, jurnalistəm, Avropa Mətbuat Federasiyasının üzvü, tezadlar.az portalının və tezadlarTV-nin rəhbəri, Türkiyənin trtajans.com, anadoluyakasihaber.com və ilkhavadis.com saytlarının köşə yazarıyam. Sizi Azərbaycandan, Bakı şəhərindən narahat edirəm. Bildirirəm ki, Qırğızıstanın manas.news saytı bu gün Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan məlumat dərc etmişdir. Həmin xəbərin linkini təqdim edirəm (https://manas.news/world/v-nagornom-karabahe-5-marta-proizoshla-perestrelka-pogibli-armjanskie-i-azerbajdzhanskie-voennosluzhashhie/). Xəbərdə Azərbaycanın Qarabağ bölgəsində "Dağlıq Qarabağ Respublikası" adlı qondarma qurumun mövcud olması və hətta bu qondarma qurumun «Daxili İşlər Nazirliyi»nin fəaliyyət göstərdiyi də yazılır. Hansı ki, Azərbaycanın ərazisində "Dağlıq Qarabağ" adlı nə coğrafi ərazi və nə də "Dağlıq Qarabağ Respublikası" adlı qurum yoxdur. Azərbaycan 2020-ci ilin noyabr ayından Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü təmin etmişdir. Qardaş Qırğızıstan Respublikasının Prezidenti olaraq Sizdən xahiş edirəm, adı çəkilən saytın təxribatına qarşı tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz.

Hörmətlə:

Asif Mərzili».

İnanırıq ki, qardaş Qırğızıstan hakimiyyəti erməni dəyirmanınıa su tökən belə saxta məlumatların yayılmasının qarşısını alacaq, belə cəhdi edənlərin isə ciddi şəkildə cəzalandırılması təmin ediləcək.

JASMİN

P.S. Bu da rus dilində olan həmin müraciət: "Президенту Кыргызстана, Его превосходительству господину Садыру Жапарову!

Уважаемый Господин Президент!

 Я, Асиф Марзили, журналист, член Европейской федерации прессы, руководитель портала tezadlar.az и tezadlarTV, обозреватель турецких сайтов trtajans.сom, anadoluyakasihaber.сom и ilkhavadis.com. довожу до вашего сведения о том, что сегодня кыргызский сайт «manas.news» опубликовал информацию, ставящую под сомнение территориальную целостность Азербайджана. Даю ссылку на эту дезинформацию (https://manas.news/world/v-nagornom-karabahe-5-marta-proizoshla-perestrelka-pogibli-armjanskie-i-azerbajdzhanskie-voennosluzhashhie/). На вышеуказанном сайте допущена грубейшая ошибка, указав Карабах, неотъемлемую и суверенную территорию Азербайджанской Республики, в качестве отдельной «Нагорно-Карабахской Республики» и дезинформация, о том, что якобы «По данным МВД Нагорно-Карабахской республики, диверсионная группа ВС Азербайджана обстреляла дежурный автомобиль сотрудников визового контроля МВД Нагорного Карабаха».

Уважаемый Господин Президент!

На территории Азербайджанской Республики нет никакого образования под названием «Нагорно-Карабахская Республика», а есть Карабахский экономический район. Азербайджан обеспечил свою территориальную целостность, прекратив 30-летнюю оккупацию Армении с ноября 2020 года.

Вы Президент братской для Азербайджана Кыргызской Республики, и поэтому прошу Вас дать соответствующее указание по принятию мер против саботажа указанного сайта и впредь уважать суверенные территории нашей страны.

 С уважением,  Асиф Марзили".

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA