booked.netbooked.net booked.net  

"Təzadlar"ın 13 aprel 2023-cü il tarixli sayında (həm də saytda) dərc olunmuş istinadlı yazıya görə Xətai rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının köməkçisi qəzetin əməkdaşını təhdid edərək "Buna görə cavab verəcəksiniz..." kimi ifadələrlə hədələyib...

 Bu gün Bakının Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının xanım köməkçisi redaksiyaya zəng edərək qəzetin baş redaktoru Asif Mərzili ilə danışıb, qəzetdə dərc olunmuş bir yazı ilə bağlı baş redaktoru təhdid edib, hədələyib: "Siz bu yazıya görə cavab verəcəksiniz... Hakimi prezident təyin edir, siz isə hakim Pərviz Zamanlı haqında əsassız yazı yazmısınız... Niyə məsuliyyətinizi dərk etmirsiniz???".

"Təzadlar"ın baş redaktoru Asif Mərzili hakimin köməkçisinin bu hədəsi barədə bunları dedi:

-Məsələ ondadır ki, hiss edirdim, xanım köməkçi hakimin yanından zəng edirdi... Aşağıda oxucularımızın bilgisi üçün təqdim etdiyim yazı "TURAN" Agentliyinin yazısıdır, biz də istinad edərək yayımlamışıq... Mən hakimin köməkçisinin bütün təhdid və hədələrinə baxmayaraq izah etməyə çalışırdım ki, "Xanım, "Media haqqında" Qanunda ilkin mənbəyə istinad edilirsə, sonradan təkzib edilən məlumata görə redaksiya və ya jurnalist məsuliyyət daşımır... TURAN Agentliyinin məlumatıdır, sözünüz  varsa, buyurun, Agentliyə deyin... Və hakimə deyin, "Media haqqında" Qanunu diqqətlə oxusun...

*** 

Asif Mərzili onu da bildirdi ki, jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə qanunla qadağandır, cinayət məsuliyyəti yaradır... "Artıq Hakim Pərviz Zamanlının bu qanunsuz hərəkəti ilə bağlı Məhkəmə Hüquq Şurasına müraciət hazırlanıb, təqdim ediləcək...".

Aşağıda mübahisələndirilən həmin  yazını təqdim edirik:

 https://tezadlar.az/index.php/en/c-miyy-t/17234-x-tai-rayon-m-hk-m-si-ni-n-haki-mi-p-rvi-z-zamanlidan-sok

"XƏTAİ RAYON MƏHKƏMƏSİNİN HAKİMİ PƏRVİZ ZAMANLIDAN ŞOK

Hakimlərin baxdığı işi oxumaması və məlumatsız olaraq məhkəmə istintaqı aparması, hətta qərar qəbul edərkən qanunsuz olaraq sədrə məruzə edib məsləhət-icazə alması barədə dəfələrlə məlumatlar eşidirik... Bu da tipik nümunə: TURAN Agentliyi belə bir yazı ilə çıxış edib. Agentlik yazır: "Fotoşəkildəki belə hakimlərdən biridir - Bakının Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı. O, 4 aydır çoxmənzilli bina sakinlərinin  ("Yasamal-15" MMMC) SOCAR şirkətinin "Azəriqaz" İB-yə qarşı iddiası ilə məşğul ola bilmir (ya da istəmir). Söhbət sakinlərə istifadə etmədikləri qaz üçün borc yazılmasından (1500 manatdan çox) gedir. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib. Bununla belə, 4 iclasda (2023-cü ilin yanvarından aprelin 11-nə qədər) Pərviz Zamanlı iddiaçıya eyni sualı verir: "Siz nə istəyirsiniz? Tələblərinizə dair arayış təqdim edin". Aprelin 11-də keçirilən sonuncu iclasda sakinlərin iddiasının surəti hakimə göstərilib. İddiada ağ kağızın üzərində qara hərflərlə onların "Azəriqaz"dan mövcud olmayan borcu silməsinin tələb edilməsini istədikləri yazılıb. Hakimin buna reaksiyası, yumşaq desək, qəribə olub: "Bu sənəd bizdə yoxdur", deyə əlində iddia ərizəsini tutan hakim təəccüblə bildirib. Yəni hakim etiraf edib ki, o, dörd aydır baxdığı işlə bağlı iddianı oxumayıb! Səhvə yol verdiyini hiss edən hakim sakinlərin ona tələbin iddiada əksini tapdığını xatırladan bir nümayəndəsindən zalı tərk etməyi t tələb edib. Bu arada, hakim iclasa 15 dəqiqə gecikən və soruşmadan zala keçib yerinə oturan "Azəriqaz" İB-nin nümayəndəsi ilə kifayət qədər mehriban danışırdı. "Azirqaz"ın hüquqşünasının iştirak etməməsindən açıq-aşkar "narahat olan" hakim iki dəfə köməkçisinə "Gör Rəşad haradadır?" deyə sual edib. Rəşad gəldikdən sonra işi baxılması üçün Kommersiya Məhkəməsinə göndərməyi təklif edib, baxmayaraq ki, bu məhkəmə artıq iddiaya baxıb və onu Xətai Rayon Məhkəməsinə qaytarıb. Daha sonra hakim sakinlərin şikayətinin mahiyyəti ilə əlaqəsi olmayan suallar verməyə başlayıb. Və o, dördüncü iclasda da heç bir qərar qəbul etməyib, qərarın aprelin 27-də açıqlanacağını bildirib. O, əlavə edib ki, iş Ali Məhkəməyə göndərilməlidir (?). Xətai Rayon Məhkəməsindəki macəralar bununla bitmir. Belə ki, məhkəmənin elektron portalında Pərviz Zamanlının baxdığı işlər arasında bu işlə bağlı məlumat yoxdur (!), baxmayaraq ki, artıq aprelin 12-də keçirilən digər iclaslar haqqında hesabatlar var... Bəs Xətai Rayon Məhkəməsində nə baş verir?"

Artıq məlum olur ki, nə baş verir. Lakin belə hallar yolverilməzdir və şübhəsiz ki, sonda qəbul edilən qərar da ədalətsiz, yaxud mübahisəli olmalıdır. Hansı ki, qanuna görə, hakim qərar qəbul edərkən özünün daxili inamına istinad etməlidir. Bu halda hakim daxili inamına necə güvənib qərar qəbul edə bilər ki, o, işlə tanış deyil, mübahisənin predmetini bilmir...".

"Təzadlar"

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN