booked.net booked.net  

6 saylı Notariat Kontorunun notariusu İmanov Ərəstun Loğman oğlunun iştirakı ilə Etibar Əliyev, Kəramət Əliyev və Esmira Bayramovadan rüşvət alınmış 3.515.500 manat pul MTN-də necə bölüşdürülmüşdür?

Azərbaycan Respublikası adından HÖKM

Bakı şəhəri, İş №1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ

(Əvvəli qəzetin 14 noyabr 2023-cü il tarixli buraxılışında)

...Bundan başqa, Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Ələkbərov Sahib Yunus oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək qanunsuz fəaliyyətlə məşğul olmuşdur. O, səlahiyyətlərinin icrası ilə əlaqədar dəstənin üzvü Sahib Ələkbərovun 30 noyabr 2011-ci il tarixdə qəbul etdiyi qərarla Zəkiyev Emin Tahir oğlunun barəsində CM-in 271.2.3-cü maddəsi ilə başlayıb icraatına götürdüyü 894 №-li cinayət işi üzrə 01 mart 2012-ci il tarixli qərarı ilə “İnrageous Payment LTD” şirkətinin Azərbaycan Respublikası üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində işləmiş Musayev Rəhman Sahib oğlu CM-nin 29, 177.3.1, 29, 177.3.2, 177.3.1, 177.3.2, 194.2.1, 194.2.4 və 271.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsini təşkil etmişdir.

 Sonra isə İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2012-ci ilin mart ayının əvvəllərindən etibarən özünün göstərişi əsasında dəstənin üzvü Sahib Ələkbərovun vasitəsilə MTN-nin inzibati binasında Rəhman Musayevin uzun müddət həbsdə saxlanılacağı və ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum etdilməsinə nail olacağı ilə hədələmişdir.

67108da1-7c80-4372-b529-500e10f12ada

 Sonra sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda sonuncunun həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində əvvəlcə 1.000.000 manat, qarşı tərəfin maddi imkanı çatmadığı üçün sonradan 500.000 manat, daha sonra 300.000 manat məbləğində külli miqdarda nağd pulu, habelə Rəhman Musayevin yaşadığı ünvanlarda 21 və 29 fevral 2012-ci il tarixlərdə dəstənin üzvü Sahib Ələkbərovun rəhbəri olduğu istintaq qrupunun üzvləri tərəfindən aparılmış axtarış istintaq hərəkətləri zamanı götürülmüş Rəhman Musayevin atası Musayev Sahib Hüseyn Bala oğlunun mülkiyyətində olan “Porsche Cayenne” markalı 10-XV-002 dövlət qeydiyyat nişanlı avtomobili və üzərinə həbs qoyulmamış bir sıra daşınmaz əmlaklara dair sənədləri qaytarmalı olduğu halda 2012-ci ilin iyun ayında bunun üçün əlavə olaraq 50.000 manat nağd pulu MTN-nin inzibati binasında dəstənin üzvü Sahib Ələkbərovun vasitəsilə Rəhman Musayevin valideynləri Musayev Sahib Hüseyn Bala oğlu və Musayeva Railə Rafkat qızından birbaşa yolla rüşvət kimi tələb etmişdir.

 Nəticədə 177.000 manat rüşvət müqabilində Rəhman Musayevin həbsdən azad olunmasına və 15.000 manat rüşvət müqabilində qeyd olunan əmlakların qaytarılmasına mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bu məqsədlə 2012-ci ilin iyun ayında MTN-nin inzibati binasının əsas giriş qapısının yaxınlığında Rəhman Musayevin atası Sahib Musayevin gətirdiyi 15.000 manat və 28 dekabr 2012-ci il tarixdə MTN-nin inzibati binasının əsas giriş qapısının yaxınlığında yerləşən avtobus dayanacağının qarşısında Railə Musayevanın gətirdiyi 177.000 manat, ümumilikdə külli miqdar təşkil edən 192.000 manat məbləğində nağd puldan ibarət rüşvəti dəstənin üzvü Sahib Ələkbərovun vasitəsilə qəbul etmişdir. M.Şıxəliyev sonra pulu əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Sahib Ələkbərov və qeyriləri ilə aralarında bölmüşdür. Rəhman Musayevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 28.12.2012-ci tarixli, 417/KEŞ saylı rəyinin alınmasına nail olub 30.12.2012-ci il tarixdə Rəhman Musayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Sahib Ələkbərov tərəfindən qərar qəbul edilməsini və qeyd olunan əmlakın hər hansı prosessual sənəd tərtib olunmadan geri qaytarılmasını təmin etmişdir.  

48233daf-9aa9-434f-9efb-d4b49830eda4

Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə tabeliyində olan şəxs tərəfindən qəbul edilən qərarla “Texnikabank” ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu və qeyrilərinin barəsində CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə başlanıb ibtidai istintaqın aparılmasının dəstənin üzvü Vüsal Ələkbərova həvalə edildiyi 919 №-li cinayət işi üzrə özünün göstərişi əsasında sonuncunun vasitəsilə 2012-ci ilin iyun ayından etibarən fərdi qaydada sahibkarlıq fəaiyyəti ilə məşğul olan “Meridiyan Company” MMC-nin təsisçisi Kərimov Rauf Faiq oğlunu tək, iyul ayından etibarən isə sonuncunun biznes ortağı Hacıyev Cavidan Mustafa oğlu ilə birlikdə mütəmadi olaraq MTN-nin inzibati binasına çağırılmasını təmin etmişdir.

 O, onlarla hər hansı prosessual hərəkətlər aparılmadan “Texnikabank” ASC ilə bağlanmış 25.12.2008 və 30.12.2008-ci il tarixli kredit müqavilələri əsasında sahibkarlıq təyinatı üzrə Rauf Kərimovun təsisçisi olduğu “Bəzz”, “Faktum” və “Sağlam Rəqabət” və Cavidan Hacıyevin faktiki rəhbərlik etdiyi “Transalyans” və “İnter Alyans LTD” MMC-lərin adına götürdükləri cəmi 30.100.000 manat pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənimsəməklə ələ keçirmələri barədə cinayət xarakterli məlumatları yəqinliklə bildiyinə görə barələrində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələmişdir.

 M.Şıxəliyev sonuncuların xeyrinə edəcəyi qanunsuz hərəkətsizliyin, yəni cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil, onlara baxılmasını təmin etməli olduğu halda və cinayət məsuliyyətinə cəlb olunmaları üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, cinayət təqibinin başlanılmaması müqabilində Rauf Kərimov və Cavidan Hacıyevdən həm şəxsən öz xidməti kabinetində, həm də tabeliyində olan şəxsin və dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə sonuncuların xidməti kabinetlərində hər birindən külli miqdar təşkil edən 500.000 manat olmaqla cəmi 1.000.000 manat məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi istəmişdir.

Sonra  dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə 29 sentyabr 2012-ci il tarixdə, saat 14 radələrində MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Cavidan Hacıyev və Rauf Kərimovun birlikdə gətirdikləri külli miqdar təşkil edən 200.000 manat, 2012-ci ilin oktyabr - noyabr ayları ərzində eyni ünvanda üç ayrı görüş zamanı müvafiq olaraq 300.000 manat, 200.000 manat və 200.000 manat, habelə tabeliyində olan şəxsin vasitəsilə 2012-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə eyni ünvanda 100.000 manat, cəmi 1.000.000 manat məbləğində nağd puldan ibarət rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyində olan şəxs, Vüsal Ələkbərov və digərləri ilə arasında bölmüşdür.    O, Rauf Kərimov və Cavidan Hacıyevin barələrində hər hansı cinayət təqibi aparmamaqla sonuncuların eyni əmələ görə barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 13.03.2014-cü il tarixdə cinayət işi başlanılmaqla cinayət təqibi aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2016-cı il tarixli hökmü ilə CM-in 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunan vaxta qədər cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin və hərəkətsizliyin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almışdır.

95c48aa0-2f77-40b4-a35f-427fcb686956

O, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əkskəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Rauf Kərimov və Cavidan Hacıyevin hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

***

M.Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə özünün göstərişi əsasında tabeliyində olan şəxs tərəfindən qəbul edilən qərarla “Texnikabank” ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu və qeyrilərinin barəsində CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə 919 №-li cinayət işi başlanılmaqla ibtidai istintaqın aparılmasının dəstənin digər üzvü Vüsal Ələkbərova həvalə edilməsindən və eyni tarixdə qəbul olunmuş qərarlar əsasında Etibar Əliyevin təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra Baş idarənin rəisi kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla külli miqdarda əmlakını hədə-qorxu tələbi ilə ələ keçirmək məqsədilə Etibar Əliyevi 2012-ci ilin avqust ayı ərzində dəfələrlə saxlanıldığı MTN-nin İstintaq təcridxanasından dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə şəxsən öz xidməti kabinetinə, həmçinin tabeliyində olan şəxsin vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin etdirmişdir.

 O, həmin cinayət işi üzrə cinayət prosesinin iştirakçısı olmayan, barəsində cinayət təqibi həyata keçirilməyən və heç bir prosessual qərar qəbul olunmayan övladı Əliyev Kəramət Etibar oğlunun da qanuni əsaslar olmadan cinayət məsuliyyətinə cəlb edilməklə həbs olunacağı, müvəqqəti saxlama yerində saxlanılmaqla şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları kütləvi informasiya vasitələrində yaymaqla rüsvay edəcəkləri ilə hədələmişdir.

Sonra Etibar Əliyevdən 3.000.000 manat məbləğində külli miqdarda əmlakını tələb etmişdir. Etibar Əliyev həmin tələbi rədd edən zaman növbəti günlərdə, yəni 2012-ci ilin avqust ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə vahid niyyətlə Kəramət Əliyevi tabeliyində olan şəxsin və dəstənin üzvü Vüsal Ələkbərovun vasitəsilə mütəmadi olaraq MTN-nin inzibati binasına çağıraraq cinayət məsuliyyətinə cəlb edilməklə həbs olunacağı, həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları kütləvi informasiya vasitələrində yaymaqla rüsvay edəcəyi ilə hədələyərək 3-4 gün sonra, 2012-ci ilin avqust - sentyabr ayları ərzində istintaqa dəqiq məlum olmayan tarixdə MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Kəramət Əliyevdən həmin dövrün rəsmi məzənnəsi ilə 515.500 manat təşkil edən 500.000 avro məbləğində, yəni külli miqdarda nağd pulun sonuncunun idarə etdiyi “Mersedes S class” markalı 90-NK-842 dövlət nömrə nişanlı avtomaşının salonunda Vüsal Ələkbərovun vasitəsilə alınmasına nail olmuşdur.

 O, bununla da mütəşəkkil dəstənin cinayətkar niyyətini başa çatdırıb məqsədinə tam nail olmaq üçün növbəti günlərdə yenidən tabeliyində olan şəxsin və Vüsal Ələkbərovun vasitəsi ilə MTN-nin inzibati binasında Etibar Əliyev və Kəramət Əliyevdən tələb olunan məbləği tam həcmdə çatdırmaları üçün Bayramova Esmira Məcid qızının Bakı şəhər İcra Hakimiyyəti İnvertarlaşdırma və Mülkiyyət Hüququnun qeydiyyatı idarəsi tərəfindən verilmiş 09.03.2005-ci il tarixli, FM seriyalı, 035745 nömrəli Qeydiyyat vəsiqəsi əsasında əri Etibar Əliyevlə birgə mülkiyyətlərində olan, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 63 ünvanında yerləşən 5 mərtəbəli evi satıb 3.000.000 manat məbləğində pulun tam həcmdə verilməsini tələb etmişdir. Hədəni real qəbul edən və oğlu Kəramət Əliyevin həbs olunacağından ehtiyatlanan Etibar Əliyevin 10 sentyabr 2012- ci il tarixdə MTN-nin İstintaq idarəsində Bakı şəhəri 6 saylı notariat kontorunda notarius vəzifəsində işləyən İmanov Ərəstun Loğman oğlunun iştirakı ilə əmlakın satılmasına etirazının olmaması barədə eyni tarixli ərizəyə imza etməli olmuşdur.

 Və Bakı şəhəri 6 saylı notariat kontorunda satıcı Bayramova Esmira Məcid qızı ilə alıcı Ələkbərov Eldar Avdal oğlu arasında Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 63 ünvanında yerləşən beşmərtəbəli binanın 3.000.000 manata satılması barədə 11.09.2012-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına, qeyd olunan pul vəsaitinin 11.09.2012-ci il tarixdə 6 saylı notariat kontorunun “Bank Respublika” ASC-nin Nəsimi filialındakı bank hesabına köçürülməsinə və 13.09.2012-ci il tarixdə Esmira Bayramova tərəfindən 130092 №- li bank çeki ilə nağdlaşdırılmasına nail olduqdan sonra eyni tarixdə həmin pulu tam həcmdə Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi 35A ünvanında tabeliyində olan şəxsin və Vüsal Ələkbərovun vasitəsi ilə Kəramət Əliyevdən qəbul etməklə ümumilikdə 3.515.500 manat məbləğində özgə, yəni Etibar Əliyev, Kəramət Əliyev və Esmira Bayramovaya məxsus külli miqdarda əmlakı ələ keçirmişdir. Bununla da həmin pulu əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyində olan şəxsin, mütəşəkkil dəstənin üzvü Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölməklə, qulluq mövqeyinə görə zərərçəkmiş şəxslərin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Etibar Əliyevin, Esmira Bayramovanın və Kəramət Əliyevin külli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmişdir.

***

Bundan başqa, Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə yaradılan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə özünün göstərişi əsasında tabeliyində olan şəxs tərəfindən qəbul edilən qərarla “Texnikabank” ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu və qeyrilərinin barəsində CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə başlanıb ibtidai istintaqın aparılmasının dəstənin digər üzvü Vüsal Ələkbərova həvalə edildiyi 919 №-li cinayət işi üzrə cinayət prosesinin iştirakçısı olmayan, barəsində cinayət təqibi həyata keçirilməyən və heç bir prosessual qərar qəbul olunmayan “Briz L” MMC-nin təsisçisi və rəhbəri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qurbanov Akif Teymur oğlu ilə 18 oktyabr 2012-ci il tarixdə Bakı şəhəri H.Əliyev prospekti, Suraxanı dairəsində yerləşən “Buta Palace” şadlıq sarayındakı toy məclisində görüşmüşdür. O, sonuncunun ona “Texnikabank” ASC-nin vəzifəli şəxsləri barəsində cinayət işinin qeyri-obyektiv aparılması, Etibar Əliyevin əsassız cinayət məsuliyyətinə cəlb edilməsini bildirməsi ilə əlaqədar Baş idarənin rəisi kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla külli miqdarda əmlakını hədə-qorxu tətbiq etməklə ələ keçirmək məqsədilə Akif Qurbanovu qanuni əsaslar olmadan 23 oktyabr 2012-ci il tarixdə saat 10:30 radələrində və 24 oktyabr 2012-ci il tarixdə saat 15 radələrində Vüsal Ələkbərovun vasitəsilə MTN-nin inzibati binasına çağırılmasını təmin etmişdir. Sonra tabeliyində olan şəxsin və Vüsal Ələkbərovun vasitəsilə guya dövlətə qarşı çıxdığına, Etibar Əliyevə görə adamları yığıb mitinq keçirdiyinə, bankdan götürdüyü kreditləri vaxtında qaytarmadığına görə onu tutacağı, övladlarının başına oyun açacağı, haqqında kütləvi informasiya vasitələrində məlumatlar yerləşdirməklə rüsvayedici məlumatlar yayacağı, habelə özü və yaxın qohumu olan övladlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi ilə hədələmişdir.

 Bununla da Akif Qurbanovdan 1.000.000 manat məbləğində nağd pul tələb edib, qanuni əsaslar olmadan 24 oktyabr 2012-ci il tarixdən 11 yanvar 2013-cü il tarixədək özünün imzaladığı bildirişlə “Giriş-çıxış və qeydiyyat” İdarələrarası məlumat axtarış sisteminin sərhədkeçməyə məhdudiyyət altsisteminə “Saxla” statusu ilə daxil etdirmişdir. O, 2013-cü ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində Akif Qurbanovun övladları Vüqar və Teymur Qurbanovları da dəfələrlə Vüsal Ələkbərovun vasitəsilə sonuncunun xidməti otağına çağırıb eyni məzmunlu hədə-qorxu gəlməklə, 2013-cü il yanvar ayının sonlarında axşam saatlarında Bakı şəhəri, M.Qaşqay küçəsi, ev 186-a ünvanında yerləşən “Briz-L” klinikasının qarşısında Akif Qurbanovdan Vüsal Ələkbərovun vasitəsilə sonuncunun idarə etdiyi “Mercedes Benz E-320” markalı avtomaşının salonunda 1.000.000 manat məbləğində nağd pulun alınmasına nail olmuşdur. Bununla da həmin pulu əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyindəki Vüsal Ələkbərov və qeyriləri ilə aralarında bölməklə, qulluq mövqeyinə görə zərər çəkmiş şəxslərin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Akif Qurbanovun külli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmişdir.

 O, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əkskəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Akif Qurbanovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur...

(Davamı var)

 “Təzadlar”ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN