ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

Bugünkü yazımızda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyevin iş fəaliyyəti və dövlətçilik siyasətindəki rolu haqqında əldə ...

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ 320 MANAT OLACAQ – DEPUTAT SUALLARA AYDINLIQ GƏTİRİB

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ 320 MANAT OLACAQ – DEPUTAT SUALLARA AYDINLIQ GƏTİRİB

Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı həl...

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ NECƏ OLMALIDIR?

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ NECƏ OLMALIDIR?

Ötən gün yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahəd...

"TƏZADLAR"IN DA DƏVƏT OLUNDUĞU "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLDİ - FOTOLAR

"TƏZADLAR"IN DA DƏVƏT OLUNDUĞU "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLDİ - FOTOLAR

 Xəbər verdiyimiz kimi, bu gün "Alov qüllələri"nin kino pavilyonunda Türkiyə istehsalı olan "Meşru gayrimeşru" filminin Qala gecəsi keçirildi...

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN CƏSUSU İLƏ DƏYİŞDİRDİLƏR VƏ...

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN CƏSUSU İLƏ DƏYİŞDİRDİLƏR VƏ...

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLƏCƏK

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLƏCƏK

Bu gün "Alov Qüllələri"ndə yerləşən "Park Cinema" kinoteatrında Türkiyə istehsalı olan "Meşru gayrimeşru" filminin təqdimatı keçiriləcək.

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD ETDİ

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD ETDİ

Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.

Оскорбительные выпады Геворкян в адрес Азербайджана

Оскорбительные выпады Геворкян в адрес Азербайджана

  Этот российский политолог армянского происхождения обладает большими способностями в силу своего генетического происхождения фальсифицировать истори...

MEDİA

21-Yan-2025 By Asif Memmedov

Оскорб…

  Этот российский политолог армянского происхожден

Detay

...Bu gün Xalq artisti, əbəzssiz və əvəzolunmaz, təkrarsız səs sahibi Qədir Rüstəmovun doğum günüdür...

Bu gün onun doğum günüdür... Təsadüfdən zərurət doğur! Bu məşhur fəlsəfə hər kəsə agahdır. Bu gün o mənada, Qədir Rüstəmova da agahdır ki, onun ad günü olan 20 noyabr həm də bircə gün də olsa ayaq basıb, ermənilərin 1993- cü ildən üzü bəri viranə qoyduğu və quruca divarları qalmış evinin uçuqlarını görmək istədiyi Ağdamın işğaldan azad edildiyi gündür!
Qısası, bu gün Ağdamın və Qədir Rüstəmovun ad günüdür!

Bu gün həm də Qədirin günüdür! 3 ildir ki, ruhu Ağdamda, həmin o evinin həyətindədir, Qarabağdadır, Şuşadadır...

XXX

Bu gün Qədir Rüstəmovun doğum günüdür. Yaşasaydı 88 yaşını qeyd edəcəkdi... Amma yaşamadı... Ağdamsız yaşaya bilmədi... Lakin Ağdamda- ağdamlıların, külli Azərbaycanın qəlbində, musiqi- muğam ruhunda yaşayır, oxuyur... 88 yaşlı Qədir Rüstəmov!

O, "Qızıl fond"da qaldıqca qızıla dönən muğamları, segahları... ilə əbədi yaşardır. 

Allah rəhmət eləsin! Ona "Həyatda yoxdur..." deməyə adamın dili gəlməz! Axı necə deməyəsən ki, Qədir Rüstəmov ondan əbədi yadigar qalmış muğamlarında elə əbədi də yaşayır...

Aşağıdakı yazını 2011- ci ildə yazmışdım... Ailəsi məndən xahiş etdi ki, bu yazını yenidən çap edim, yayımlayım. Mən də bu yazını Qədir Rüstəmovun ruhuna dualar oxumaqla ad günündə təqdim etməli oldum:

"QARABAĞSIZ QARABAĞLILAR...

(Torpaq uğrunda şəhid olmuş qəhrəmanlarımızın və torpaqlarımızın işğalına dözməyərək dünyasını dəyişmişlərimizin xatirəsinə ithaf olunur)

 "Vətən və Qarabağ sizin üçün nədir?", - sualı ilə məndən bir qarabağlı kimi müsahibə götürən gənc jurnalistə dedim ki, "Bilirsiniz, Vətən mənim üçün həm də Qarabağdır. Amma təəssüf ki, Qarabağ hələki mənim üçün Vətən deyil... Və mən özümü hələki qarabağlı saymıram. Çünki qarabağlı-ağdamlı, xocavəndli, şuşalı, kəlbəcərli, laçınlı... olmağım üçün mən Ağdamda, Laçında, Şuşada, Xocavənddə olmalıyam. Və Qarabağsız qarabağlıların sayı artıq 1 miyonu çoxdan ötüb...".

 Gənc jurnalist Azərbaycanın başqa bölgəsindən olsa da, torpaq itkisini, yurd həsrətini həyatında yaşamasa da, doluxsundu və "Mən həm də indi yurdsuz yaşamağın nə olduğunu başa düşdüm...", -deyərək bir də bu suala qayıtmadı.
Sonralar bu mövzuda bir publisistik yazı hazırlayıb qəzetdə dərc etdirdim. Bəli, Ağdamlı olmaq üçün Ağdamda olmalı idim. Amma mən, sən, o və bizim hamımız Ağdamda olmayan ağdamlı, Ağdamı olmayan qarabağlı, Qarabağı olmayan azərbaycanlıyıq. Niyə? Nədir günahımız? Sən isə Xocavənddə olmayan xocavəndli, Xocavəndi olmayan qarabağlı, Qarabağı olmayan azərbaycanlısan... Və mənim üçün doğulduğum Mərzili kəndi vətəndir, ocaqdır və Mərzilinin də vətəni Ağdamdır, Ağdamın vətəni Qarabağ, Qarabağın isə vətəni Azərbaycandır!

 Mən Şuşada sonuncu dəfə 1991-ci ilin iyulunda oldum. Ağdamda 1993-cü ilin iyununda. Füzulidə və Cəbrayılda, Zəngilanda, Cəbrayılda... isə 1993-cü ilin avqustunda. Bakıdan ezam olunmuşdum. Kənd təsərrüfatı nazirinin müavini Xəlyəddin Xəlilovla birgə əhalinin və kənd təsərrüfatı heyvanlarının döyüş bölgəsindən geriyə-Bakıya doğru  çıxarılması əməliyyatında iştirak edirdik... Həmin torpaqlar gözümün qabağında boşalırdı.

...İllər keçdi. Sonra xatirələrimiz boşalmağa başladı, Bakıda məcburi köçkün, didərgin olduq. Adı Azərbaycanla bir olanlarımız "məcburi köçkün" oldu. İlahi, elə bir yurdun övladlarına bu nə zülm idi verirdilər??? 

***

...Neçə gün əvvəl axşam bir yerdə danışıb-gülüb, söhbət etdiyim yaxın qohumlardan biri səhər saatlarında qəflətən rəhmətə getdi... Onu Hövsan qəbirstanlığında dəfn etdik. Yaşı 60-ı təzəcə keçmişdi. Sapsağlam bir insan idi. Amma ən azı mən bilirəm ki, o, daim torpaq, Qarabağ dərdi ilə yaşayırdı. Daha doğrusu, bu dərdin içində çabalayırdı. Sözümün canı var: yadımdadır ki, həmin qəbirstanlıq təxminən iki il əvvəl salınmışdı, daha bir qohumu burada dəfn edəndə orada 5-10 məzar var idi. Qəbir daşlarından  və üzərindəki yazılardan da görünür ki, buradakı məzarların demək olar hamısı Qarabağ bölgəsindən didərgin düşüb Bakıda "müvəqqəti məskünlaşmış" (20 il də müvəqqəti məskunlaşma olar?) insanlardır. İki il ərzində burada minlərlə qəbir yerləri qazılmışdır. Bu dəhşətlidir!

 Qohumun dəfn mərasimində Allaha dua edib Quran oxuyan axunda dedim ki, sən Allah, böyük yaradana bir arzumuzu da çatdır ki, o torpaqların tezliklə bizə qayıtmasına bir əncam çəksin, yoxsa, bir-iki il də keçsə, bu məzarlıqda yer qalmayacaq...

XXX 

...Qədir Rüstəmov Bakıdakı 2-ci Fəxri xiyabanda  dəfn ediləndən sonra Qarabağ mənim üçün bir vaxtlar qədrini bilmədiyim, üstündə gəzdiyim torpaq və qürur yeri kimi bir daha ürək sızıltısı ilə yadıma düşdü... Onun ən böyük arzusu Ağdamda ölmək idi,  amma o, Ağdamda ölə bilmədi...Və o anda Ağdamı xatırladım. Ağdam mənim üçün qürur yeridir. Bu ifrat dərəcədə rayonçuluq əhval-ruhiyyəsi də deyil. Mən Ağdamı həm də ona görə çox sevirəm ki, dardadır və onu bu dardan qurtara bilməmək çarəsizliyimi onu dəlicəsinə sevməyimlə əvəzləyir, günahımı, sanki bununla yuyuram. Həmçinin Şuşanı, Laçını, Kəlbəcəri, Xocalını, Xocavəndi... və Göycəni, Zəngəzuru.

Mənim üçün Qarabağ Pənah Xan, İbrahim Xan, Sultan bəy, Xosrov bəy, Qasım bəy Zakir idi, Əhməd bəy Ağaoğlu idi, Natəvan idi, Üzeyir bəy idi, Xudu Məmmədov idi, Qədir Rüstəmov idi, Şirin Mirzəyev idi, Fred Asif idi, Eldar Bağırov idi... Bir də 20 ildi Qarabağsız yaşayan qarabağlıların içindəki yurda qayıdış istəyinin varlığıdır. İndi nə Pənah xan var, nə  Üzeyir bəy, nə də... Qədir də getdi. Yenə heç olmasa "Sona bülbüllər"i oxuyub Ağdamı bizə xatırladırdı.

20 ildi bu xatirələr və xəyalllar, əlçatmaz arzular içində Qarabağsız qarabağlı olaraq yaşayırıq. Əslində isə yaşamırıq, ölüb-dirilirik. çünki ayağımızın altındakı torpaq yoxdur, göz açdığımız ocaq yoxdur, bir də ölmək və basdırılmaq üçün torpağımız-yurdumuz yoxdur. Qarabağsız ölə bilməyən nə qədər ahıllar-qocalar tanıyıram ki...

XXX

Bir gün Qədir Rüstəmov mobil telefonuma zəng etmişdi. Həmin gün onun ad günü olduğunu internetdən oxumuşdum. Hal-əhval tutandan sonra ad gününü təbrik etdim. Güldü, dedi, ə qağa, sən Allah bəsdi, nə ad günü... Və mən ona bir arzumu çatdırdım. Dedim, qağa, bir arzum və təbrikim var...

 - Hə, di de görüm,- deyərək diqqətlə məni dinlədi. Mən də elə belə də idedim: "Arzu edirəm, Allah səni Ağdamda...".

 Bir az duruxdum, sonra elə belə də dedim: "Allah səni Ağdamda öldürsün!".

Doluxsundu, kövrəldi və ağladı. Dedi, "Sən öl, bu arzu elə bil  maa bir milyondu. Allah ağzından eşitsin!"

Amma təəssüf ki, Allah-Təalanın başı çox qarışıq olduğundan nə mənim səsimi eşidə bildi, nə də Qədir Rüstəmovun bu arzusunu gerçəkləşdirmə qərarını verdi... Və Qədir getdi. Qədirə qədər on minlərimiz getmişdi. Qədirdən sonra isə elə o qədərimiz də gedib. Amma hələ ki, heç birimiz Qarabağa gedə bilmirik, Bakıda, Şəkidə... torpağın altına gedirik... 

Sonda: bir dəfə Tamerlan Qarayev "Qarabağ evi" adlı bir məclis yaratmaq isətyirdi. Qəzetimizə müsahibə verirdi. Soruşdum ki, bunda məqsəd nədir, dedi ki, indi camaatımız arasında rəhmətə gedən çox olur, onların dəfn mərasimlərinin təşkilinə yardım etmək istəyirik...

 Dedim, Tamerlan bəy, məncə, indi ölüləri deyil, diriləri ağlamağın vaxtıdır... Kədərlə üzümə baxıb "Düz deyirsən, amma..." söylədi...

Bircə qorxum var: nə vaxtsa itirilmiş Qarabağı qaytaracağıq, amma itən qarabağlılığı çətin qaytaraq. Bax onu qorumaq lazımdır!

Asif MƏRZİLİ

(2011)

 

Pin It

CƏMİYYƏT

23-Yan-2025 By Yasemen Memmedov

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB -…

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sı

23-Yan-2025 By Yasemen Memmedov

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ…

Son günlər bizə olan müraciətlərin əksər hissəsi p

21-Yan-2025 By Yasemen Memmedov

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA…

Bu gün "Alov Qüllələri"ndə yerləşən "Park Cinema"

SİYASƏT

23-Yan-2025 By Elbar Şirinov

ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

Bugünkü yazımızda Bakı şəhəri Suraxanı rayonu İcra

22-Yan-2025 By Asif Memmedov

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ…

Ötən gün yanvarın 21-də Tehranda keçirilən görüşdə

21-Yan-2025 By Asif Memmedov

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN…

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad ol

21-Yan-2025 By Asif Memmedov

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD…

Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanası

21-Yan-2025 By Asif Memmedov

TRAMP BAYDENİN BƏZİ QƏRARLARINI "AXMAQ…

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzif

MƏDƏNİYYƏT

22-Yan-2025 By Elbar Şirinov

HƏFTƏBECƏR

Toyların birində müğənni Aygün Kazımova bəy- gəlin

21-Yan-2025 By Asif Memmedov

ŞƏRQDƏ İLK QADIN OPERA MÜƏLLİFİ…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mə

17-Yan-2025 By Asif Memmedov

GÖYÇAYDA YAZIÇI İLƏ MÖHTƏŞƏM GÖRÜŞ

  Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Göyça

17-Yan-2025 By Yasemen Memmedov

AXŞAM VAXTI AKTRİSANIN MƏZARINI ZİYARƏT…

 Xəbər verdiyimiz kimi,aktrisa Çimnaz Sultanova bi

15-Yan-2025 By Asif Memmedov

“Azərbaycan kinosunun…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

15-Yan-2025 By Yasemen Memmedov

SEVİNC HEYDƏROVA SAXTA SERTİFİKATLA ƏMƏLİYYATLAR…

"Türkiyə Cümhuriyyətinin Baş Prokurorluğu Xalq art

KRİMİNAL

23-Yan-2025 By Elbar Şirinov

NƏSİMİ RAYONUNDA ƏMƏLİYYAT: 16 KİLOQRAMDAN…

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfind

23-Yan-2025 By Elbar Şirinov

LƏNKƏRANDA SİLAH-SURSAT TAPILIB

Lənkəran şəhəri ərazisində yerləşən və hazırda ist

23-Yan-2025 By Elbar Şirinov

ÖLKƏYƏ QEYRİ-LEQAL YOLLARLA GƏTİRİLƏN 36…

Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq n

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

23-Yan-2025 By Yasemen Memmedov

DİQQƏTLİ OLUN: BU RESTORAN DA…

Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu

23-Yan-2025 By Elbar Şirinov

ÖTƏN SUTKA ƏRZİNDƏ 28 YANĞINA…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

23-Yan-2025 By Elbar Şirinov

QƏRB TRAMPIN RUSİYANI TƏHDİD EDƏ…

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin

23-Yan-2025 By Elbar Şirinov

ERMƏNİSTAN AZƏRBAYCANLA MÜHARİBƏNİN MÜMKÜN OLMADIĞINI…

2025-ci ildə Ermənistanla Azərbaycan arasında geni

23-Yan-2025 By Elbar Şirinov

LOS-ANCELESDƏ YENİ GÜCLÜ YANĞIN BAŞLAYIB

Los-Anceles qraflığının Kastaik gölü ərazisində ye

23-Yan-2025 By Elbar Şirinov

TƏKRAR CİNAYƏT TÖRƏDƏN QADINI…

Vladimir məhkəməsi Leninqrad vilayətinin 32 yaşlı

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

16-Yan-2025 By Yasemen Memmedov

DÖVLƏT AGENTLİYİ UŞAQLAR ARASINDA YAYILAN VİRUSLA…

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

23-Yan-2025 By Yasemen Memmedov

TATARÇ…

Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsi, ev 23

TƏHSİL

23-Yan-2025 By Yasemen Memmedov

BANM-N…

Xanım tələbələrimizə afərin! BANM tələbələri KOB