booked.netbooked.net booked.net  

Azad Məsiyev: "Zeleniski özünü Ukrayna xalqının prezidenti kimi deyil, ABŞ-ın Ukraynadakı rezdenti kimi aparır…"

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikirlərini "Təzadlar"ın oxucularına tərqdim edirik:

 -Türkiyə prezidenti R.T.Ərdoğanın aprel ayında  Vladimir Putin və Vladimir Zelenskini İstanbulda görüşdürmək istəyi barədə məlumat yayılmışdır. Ərdoğanın təşəbbüsünə Zelenski nöqtə qoydu, o, "Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyimi təsəvvür edə bilmirəm" deyib. Bu, əslində, nə deməkdir?

-Türkiyə prezidenti cənab Ərdoğanın belə bir  xeyirxah təşəbbüsünü şərh edim, sonra sualınıza  aydınlıq gətirmək istərdim. Bildiyiniz kimi, Rusiya və Ukrayna xalqları slavyandilli xalqlardır, eyni dinə, eyni dilə, eyni adət-ənənəyə malik bir xalqdırlar. Uzun illərdir ki, bu iki xalq mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırdılar. Bu iki xiristian qardaş xalqı bir- birinə düşmən edən elə xiristian qərb dünyası oldu. Baş verənlər faktiki olaraq xiristian dövlətləri arasında gedən üçüncü dünya müharibəsidir, nəticədə dünyada həm siyasi, həm də iqtisadi böhran yaranmışdır. Türkiyə prezidenti Ərdoğanın təşəbbüsü, yəni Rusiya prezidenti ilə Ukrayna prezidentini aprel ayında İstanbulda görüşdürmək istəyi cahanda sülh təşəbbüsüdür. Bu təşəbbüs dünyada yaranan həm  siyasi, həm də iqtisadi xaosu aradan qaldırmaq məqsədlidir. Eyni zamanda bəşəriyyət üçün daha təhlükəli olan nüvə müharibəsinin qarşısını almaq niyyəti ilə edilən təşəbbüsdür. Təəssüflər olsun ki, Zelenskini oyuna gətirən, onu alət kimi istifadə edən ABŞ və İngiltərə bu təşşəbbüsün baş tutmaması üçün düyməni basıblar. Zeleniskinin davranışı onu deməyə əsas verir ki, o, Ukrayna xalqının mənafeyinə uyğun davranmır. Bir sözlə, Zeleniski özünü Ukrayna xalqının prezidenti kimi deyil, ABŞ-ın rezdenti kimi aparır.

Zelenski Ukrayna xalqı qarısında məsuliyyətini hiss etmir,  ABŞ-dan gələn təlimatlara uyğun davranır, bunun da nəticəsi olaraq Ukrayna ərazisi NATO-Rusiya savaşının qanlı meydanına çevrilib. Hadisələrin  təhlili onu deməyə əsas verir ki, Ukraynanın taleyi Zelenskinin iradəsindən kənarda həll olunur. Bu müharibənin dayandırılması üçün tezliklə danışıqların başlanmasına ehtiyac var, əks təqdirdə bəşəriyyət üçün daha ağır təhlükə yarana bilər. İndiki halda, yəni Ukrayna fonunda ABŞ-Rusiya qarşıdurmasının getdikcə daha da kəskinləşməsi nüvə silahlarının işə düşməsi ilə nəticələnə bilər ki, bundan da bəşəriyyət əziyyət çəkəcək. Açıq deyirəm, bu müharibədə Rusiyanın məğlubiyyəti bəşəriyyətin məğlubiyyəti deməkdir. ABŞ-Rusiya qarşıdurmasının nəticəsidir ki, Rusiya prezidenti  strateji silahlarla (nüvə silahları) bağlı bütün müqavilələrdən birtərəfli olaraq çıxdığını bəyan etdi. Bu onu deməyə əsas verir ki, qarşıdurmanın böyüməsi nüvə silahının işə düşməsi deməkdir. Beləliklə, Türkiyə prezidenti Ərdoğanın təşəbbüsü faktiki olaraq nüvə savaşınının qarşısını almağa, bəşəriyyətin məhvinə aparan yolun qarşısını kəsməyə hesablanıb…

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA