İtaliyada fəaliyyət göstərən Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin üzvü Tünzalə Məmmədovanın təşəbbüsü ilə bu ölkənin https://www.politicamentecorretto.com xəbər saytında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisindən keçən və ölkəmizin su təminatının təchizində böyük rol oynayan Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkəti tərəfindən dəhşətli çirklənməyə məruz qalması barədə ətraflı məlumat verilib.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.politicamentecorretto.com/2021/07/10/okchuchay-river-i/
ELBAR