"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNƏ SƏDR TƏYİN EDİLİ - SƏRƏNCAM

"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNƏ SƏDR TƏYİN EDİLİ - SƏRƏNCAM

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

TURAN İNFORMASİYA AGENTLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR- SƏBƏB?

TURAN İNFORMASİYA AGENTLİYİ FƏALİYYƏTİNİ DAYANDIRIR- SƏBƏB?

Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırası oldu. 

TRAMPIN DÜNYANI ŞOKA SALAN AÇIQLAMASI YAYILDI

TRAMPIN DÜNYANI ŞOKA SALAN AÇIQLAMASI YAYILDI

Tezadlar.az rus dilində yayımlanmış həmin açıqlamanın Azərbaycan versiyasını da təqdim edir...

"QƏRB LİDERLƏRİ TRAMPA QARŞI OLDUQCA ƏDALƏTSİZ İDİLƏR..."

"QƏRB LİDERLƏRİ TRAMPA QARŞI OLDUQCA ƏDALƏTSİZ İDİLƏR..."

"Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir..."

SOSİAL ŞƏBƏKƏ QUMARBAZLIĞI- ÖZLƏRİNİ GÜDAZA VERDİLƏR

SOSİAL ŞƏBƏKƏ QUMARBAZLIĞI- ÖZLƏRİNİ GÜDAZA VERDİLƏR

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkki...

AYNA-NIN BAKININ TIXACINI TƏMİZLƏMƏDƏ YENİ METODU: İŞ QRAFİKİ DƏYİŞDİRİLSİN!

AYNA-NIN BAKININ TIXACINI TƏMİZLƏMƏDƏ YENİ METODU: İŞ QRAFİKİ DƏYİŞDİRİLSİN!

..."Təzadlar" müstəqil müşahidələri əsasında Bakının canını boğaza yığan tıxacların baiskarını həmişə birbaşa göstərib...

ƏRDOĞAN: TRAMPIN QƏZZA İLƏ BAĞLI AÇIQLAMALARI DİQQƏTƏ VƏ MÜZAKİRƏYƏ LAYİQ DEYİL

ƏRDOĞAN: TRAMPIN QƏZZA İLƏ BAĞLI AÇIQLAMALARI DİQQƏTƏ VƏ MÜZAKİRƏYƏ LAYİQ DEYİL

ABŞ-ın yeni administrasiyasının Qəzzadakı vəziyyətlə bağlı bəyanatları “tam cəfəngiyatdır” və "havada su vurmaq cəhdidir".

MEDİA

13-Fev-2025 By Yasemen Memmedov

TURAN …

Turan İnformasiya Agentliyi fəaliyyətini dayandıra

Detay

"MMC-nin rəhbərliyi bildirir ki, bizimlə əmək müqaviləsinin təkrar bağlanmaması tapşırığını baş idarə verib"

"Mərcan Broyler" MMC-nin bir qrup işçisi "Təzadlar"a müraciət edərək, əmək hüquqlarının pozulduğunu bildirir.

Şikayətçilər yazır ki, MMC-nin rəhbərliyi onları qanunsuz olaraq işlə, çörəklə imtahana çəkir: "Biz Ucar rayonunun ərazisində olan "Mərcan Broyler" MMC-də müəyyən müddətdir ki, nəzarətçi vəzifəsində işləyirik.

Rəhbərlik xəbərdarlıq edib ki, müddəti bitdikdə bizimlə təkrar əmək müqavilə bağlanmayacaq. Artıq 2 nəfər buna görə işsiz qalıb. Biz bunun səbəbini soruşduqda konkret cavabı belə oldu ki, ixtisar var. Ancaq müəssisədə heç bir iş ixtisarı yoxdur. Çünki hazırda əmək müqaviləsi bağlanılıb yeni şəxsləri işə qəbul edirlər.

Əslində isə heç bir qanuni əsas olmadan bizi işdən çıxarmağı hansısa vəzifəli şəxs qarşısına məqsəd qoyub.

Belə ki, təxminən bir ay öncə "Mərcan Broyler"də soyuducunun üzərində çəkisi 3 kq olan mis boru yoxa çıxdı. Rəhbərlik bizə bildirdi ki, bu, sizin üçün ciddi nöqsandır, işdən çıxarılacaqsınız. Biz etiraz edib bildirdik ki, ərazidə olan müşahidə kameralarına baxılsın, həmin mis boru kim tərəfindən götürüldüyü müəyyən olunsun və hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülsün. Ancaq rəhbərlik bunu etmədi.

Sonradan məlum oldu ki, mis borunun yoxa çıxması məsələsini özü planlaşdırıb və buna əsaslanaraq bizi işdən çıxartsın.

Bundan sonra rəhbərlik bizi çağırıb xəbərdarlıq etdi ki, əmək müqaviləmizin vaxtına az qalıb, bizimlə yenidən əmək müqaviləsi bağlanmayacaq.

Biz bunu ədalətsizlik və qanunsuzluq hesab edirirk. Çünki "Mərcan Broyler" MMC-də işlədiyimiz müddətdə heç bir nöqsana yol verməmişik, rəhbərliklə və kollektivlə mehriban münasibətdə olmuşuq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.

"Mərcan Broyler" MMC-nin rəhbrəliyi bizə bildirir ki, bizimlə əmək müqaviləsinin təkrar bağlanmaması tapşırığını baş idarə verib.

Ona görə biz də "Təzadlar" vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət etməyi qərara aldıq.

Bu müraciəti imzalayan Zamanov Seymur Məhərrəm oğlu 8 ildir "Mərcan Broyler" MMC-də nöqsansız işləyir. Əmək müqaviləsinin müddəti 25 iyul 2021-ci ildə bitir. Himayəsində 2 övladı var. Bacısı oğlu Cabbarov Oruc Akif oğlu Vətən müharibəsində şəhid olub.

Qədirov Yasin Qədir oğlu 1 il 8 aydır ki, MMC-də işləyir. Əmək müqaviləsinin müddəti iyul ayının sonunda başa çatır, himayəsində 2 uşağı var.

Hüseynov Ağahüseyn Ağahüseyn oğlu 3 ildir MMC-də işləyir, əmək müqavilısinin müddəti sentyabr ayında bitir, himayəsində 2 uşağı var.

İsmayılov Kamran Etibar oğlu 3 ildir MMC-də işləyir, əmək müqaviləsinin müddəti 24 avqustda tamam olur, himayəsində 2 uşağı var.

Qədirov Mansur Səfiqulu oğlunun əmək müqavilısinin müddəti 26 avqustda qurtarır, himayəsində 2 azyaşlı uşağı var.

Həsənov Mikayıl İsrayıl oğlu 1 il 4 aydır MMC-də işləyir, himayəsində 1 azyaşlı uşağı var.

Əhədli Muxtar Şakir oğlunun əmək müqavilısinin müddəti 14.07.2021-ci il tarixdə bitdiyi üçün onunla yenidən müavilə bağlanılmadı. İndi hazırda işsiz qalıb, ancaq onun əvəzinə, başqa şəxslə əmək müqaviləsi bağlanılıb. M.Əhədlinin əmisi Məmmədov Fikrət Əhəd oğlu 1-ci Qarabağ müharibəsində şəhid olub.

Nəsirov Yadigar İlqar oğlunun da müddəti bitsə də, onunla təkrar əmək müqaviləsi bağlanmadı, əvəzinə, başqa şəxsi işə qəbul ediblər. Y.Nəsirovun himayəsində 1 azyaşlı uşağı var.

Hörmətli redaksiya!

Bilirk ki, belə qanunsuzluqlardan prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xəbəri yoxdur.

Çünki çox sayda ailə başçısının işindən etmək, çörəksiz qoymaq ciddi qanunsuzluqdur, özbaşınalıqdır.

Bizim himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə bizdən başqa işləyib evə çörək gətirən yoxdur.

"Mərcan Broyler" MMC-nin rəhbərliyinin bu addımı çoxlu sayda ailəni aclıqdan məhv etmək deməkdir. Əgər MMC-də ixtisar varsa, nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanılır? Yox, əgər yoxa çıxarılmış 3 kq mis boruya görə edilirsə, bunu müşahidə kameralarına baxıb müəyyən etsinlər.

Hansısa məlum olmayan səbəblərə görə bizimlə təkrar əmək müqaviləsi bağlamaq istəmirlərsə, açıq şəkildə desinlər, biz də onlarla razılaşaq, başımıza çarə tapaq.

MMC rəhbərliyi bu qanuna-zidd hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur, hüquqlarımızı tapdayır.

Hörmətli redaksiya!

Biz sizin vasitənizlə Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyevadan xahiş edirik ki, bizim işdən çıxarılmağımızın qarşısını alaraq, təkrar əmək müqavilısi bağlanılması üçün "Mərcan Broyler" MMC-nin rəhbərliyinə göstəriş verilsin. Bizim ümid yerimiz dövlətimiz, onun rəhbərliyidir, xahiş edirik müraciətimiz obyektiv araşdırılaraq bizə köməklik göstərilsin.

Hörmətlə: "Mərcan Broyler" MMC-nin əməkdaşları.

  1. Zamanov Seymur Məhərrəm oğlu - Yevlax rayonunun Nərimanabad kənd sakini;
  2. Qədirov Yasin Qədir oğlu - Ucar rayonunun Məlikballı kənd sakini;
  3. Hüseynov Ağahüseyn Ağahüseyn oğlu - Ucar şəhəri, Nəsimi küçəsi, ev 15;
  4. İsmayılov Kamran Etibar oğlu - Ucar şəhəri, R.Rza küçəsi, ev 14;
  5. Qədirov Mansur Səfiqulu oğlu - Ucar rayonu, Alpout kəndi;
  6. Həsənov Mikayıl İsrayıl oğlu - Ucar rayonu, Alpout kəndi;
  7. Əhədli Muxtar Şakir oğlu - Yevlax rayonu, Nərimanabad kəndi;
  8. Nəsirov Yadigar İlqar oğlu - Yevlax şəhəri, Q.Quliyev küçəsi, bina 7, mənzil 8".

Məsələ ilə bağlı "Mərcan Broyler" MMC-nin rəhbərliyi ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

ELBAR

 

Pin It

CƏMİYYƏT

12-Fev-2025 By Asif Memmedov

TRAMPIN DÜNYANI ŞOKA SALAN AÇIQLAMASI…

Tezadlar.az rus dilində yayı

11-Fev-2025 By Asif Memmedov

SOSİAL ŞƏBƏKƏ QUMARBAZLIĞI- ÖZLƏRİNİ GÜDAZA…

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətk

07-Fev-2025 By Yasemen Memmedov

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ…

Anar Rəhim oğlu Əliyev Azərbaycan Prezidenti İlham

SİYASƏT

13-Fev-2025 By Elbar Şirinov

"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNƏ…

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-

10-Fev-2025 By Elbar Şirinov

ƏRDOĞAN: TRAMPIN QƏZZA İLƏ BAĞLI…

ABŞ-ın yeni administrasiyasının Qəzzadakı vəziyyət

07-Fev-2025 By Asif Memmedov

İRAN ERMƏNİSTANI PROBLEMLƏRDƏN ÇIXIŞ YOLU…

...Regionda gücü zəifləyən İran Ermənistanı geosiy

06-Fev-2025 By Yasemen Memmedov

FRİDRİX MERZ UKRAYNA İLƏ BAĞLI…

Xristian Demokrat İttifaqının (XDİ) Almaniya kansl

MƏDƏNİYYƏT

13-Fev-2025 By Yasemen Memmedov

XALQ ARTİSTİ ÖLÜMDƏN DÖNDÜ …

Bir müddət öncə insult keçirən Xalq artisti Fatma

13-Fev-2025 By Asif Memmedov

O, duyğulu könüllərçün Allah vergisi…

Teatral yazılar silsiləsindən... -(Elegiya)

13-Fev-2025 By Asif Memmedov

“Tarix yazan igidimiz” adlı tədbir…

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M

12-Fev-2025 By Yasemen Memmedov

"SƏNƏT ADAMLARINA DƏSTƏK OLMAQ LAZIMDIR"-…

"Sənət adamlarına dəstək olmaq lazımdır

12-Fev-2025 By Yasemen Memmedov

RƏMİŞİN HƏYAT YOLDAŞI MÜĞƏNNİNİ YALAN…

Bir neçə gün öncə müğənni Niyam Salami mərhum Xalq

12-Fev-2025 By Yasemen Memmedov

XƏSTƏ İNSANLAR ÜÇÜN TOPLANAN PULU…

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanm

KRİMİNAL

13-Fev-2025 By Elbar Şirinov

AĞCABƏDİ SAKİNİN ÇANTASINDAN 10 KİLOQRAM…

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının nark

13-Fev-2025 By Elbar Şirinov

BİLƏSUVARDA 5 KİLOQRAM NARKOTİK VASİTƏ…

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfi

13-Fev-2025 By Yasemen Memmedov

VARDANYANIN MƏHKƏMƏ PROSESİ BU GÜN…

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikası

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

13-Fev-2025 By Elbar Şirinov

UKRAYNA TƏHLÜKƏSİZLİK XİDMƏTİ POROŞENKOYA…

Ukrayna hakimiyyəti ölkənin keçmiş prezidenti Petr

13-Fev-2025 By Elbar Şirinov

GÖMRÜK NƏZARƏTİNDƏN GİZLƏDİLƏN 24 MİN…

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar ed

13-Fev-2025 By Elbar Şirinov

SOMALİ PREZİDENTİ KOMANDO HƏRBİ HİSSƏSİNDƏ…

Azərbaycanda səfərdə olan Somali Federativ Respubl

13-Fev-2025 By Elbar Şirinov

BAŞ NAZİR FÖVQƏLADƏ VƏZİYYƏTİN BAŞA…

Moldovanın baş naziri Dorin Reçan çərşənbə günü en

13-Fev-2025 By Elbar Şirinov

ZELENSKİNİN KURSK AES İLƏ BAĞLI…

Ukrayna prezidenti Vladimir Zelenski gələcəkdə sta

13-Fev-2025 By Elbar Şirinov

RADA ZELENSKİNİN DİPLOMATİYASININ İFLASA UĞRADIĞINI…

Ukraynada nizamlanma ilə bağlı müzakirələr Kiyevsi

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

12-Fev-2025 By Elbar Şirinov

TAYVANDA QRİPƏ YOLUXANLARIN SAYI YENİDƏN SON…

Ötən həftə qrip səbəbiylə xəstəxanaya müraciət edə

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

13-Fev-2025 By Yasemen Memmedov

SOVETİ…

Nikitin adına kolxoz adını və təşkilati-hüquqi for

TƏHSİL

13-Fev-2025 By Yasemen Memmedov

QARABA…

Qarabağ Universitetinin rəhbər heyəti Bakı Ali N