booked.net booked.net  

Qəsəbə sakinləri səksəkə içindədir, «Azərişıq»da isə susurlar…

«Təzadlar»a şikayət edən Abşeron rayon Masazır  qəsəbəsindəki «Təzə məhəllə» yaşayış massivinin sakinləri əlini rəsmi ortanlardan üzərək bizdən kömək istəyirlər… Şikayətçilərdən bir neçəsi- Namiq Hətəm oğlu və Ağahəsənov İsa Əmirqulu oğlu bildirdilər ki, 110 min kilovoltluq yüksəkgərginlikli hava elektrik veriliş xətlərinin daşıyıcı metalkonstruksiyalı qülləsi (dirək) əvvəl təyinatı üzrə yerləşdirilmişdir. Lakin sonradan qəsəbə bələdiyyəsindən qeyri- qanuni yolla torpaq sahəsini alıb tikinti aparan şəxslər «Regional Enerji İdarəsi»nin rəisi ilə dırnaqarası razılaşdıqdan sonra buradakı sakinlərin həyatı üçün əsl problem yaratmışlar. Beləliklə, «Azərenerji» ilə «Azərişıq» arasındakı anlaşılmazlıqlar üzündən sakinlər təhlükə ilə üz-üzədir.

Hələ bu azmış kimi, «Azərişıq» «Azərenerji»dən  aldığı elektrik enerjisinin satışı üçün burada elektrik xətti altında qalan yeni tikililəri və buradakı sakinləri qanunsuz abonent edərək onları da real ölüm təhlükəsi ilə üz-üzə qoymuşdur. Şikayətçilər, hətta onu da bildirdilər ki, məlum yüksək gərginlikli elektrik xəttinin dəmir dirəyinin yerinin transformasiya edilməsi heç bir rəsmi akt və ya smeta sənədləri əsasında həyata keçirilməyib: «…Biz dəfələrlə bu barədə sözügedən qurumlara müraciət etsək də bizə cavab verməyərək saymazlıq ediblər… Sadəcə, özbaşına edilən bu iş qanunsuz torpaq alqı-satqısından xeyir götürənlərin əməllərinə hesablanıb. Bu işdə cinayət tərkibi var və biz həm də Baş Prokurorluğa müraciət etməyi planlaşdırırıq. Eləcə də FHN-nin aidiyyəti idarəsinə müraciət göndəriləcək…».

Videoçəkiliş zamanı bu qeyd edilənlərin acı təəssürat doğuran məqamlarını özümüz də həmin təhlükəli elektrik xəttinin altında dayanaraq çəkmək məcburiyyətində qaldıq.

mas-4

Qeyd edək ki, elektrik enerjisinin sahə gərginliyi nəzərə alınarsa, 110 minlik kilovolt elektrik xəttindəki məsafəli elektromaqnit dalğası maneənin minimum 5-7 metr aralığında olmalıdır. Hər hansı tikilinin, hətta dam örtüyünün də dəmir təbəqəli örtüklərdən ibarət olduğunu nəzərə alsaq sözügedən həyətyanı fərdi yaşayış evləri ikiqat böyük təhlükə altına düşmüş olur. Elə çəkiliş zamanı şikayətçilərin də onlara məxsus evlərinin  dam örtüklərinin məhz dəmir təbəqələrdən ibarət olduğunu gördük. Sakinlər isə həyəcan içindədir. Ələlxüsus da, bu massivin bir çox hallarda küləkli ərazi olduğunu nəzərə alsaq buradakı sakinlər hər gün demək olar ki, bu həyəcanı yaşamaq məcburiyyətində qalırlar. Sual olunur: yaxşı, bəs nədir bu sakinlərin günahı ki, onları burada Abşeron rayonun torpaq sahələrinin satışını həyata keçirən aidiyyatı orqanları və ya rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin rəisi, yaxud torpaq dəllalları, eləcə də qəsəbə icra nümayəndəliyi, buraya elektrik enerjisinin satışını təmin etmək üçün sayğac quraşdıran Abşeron Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Bəxtiyar bəy və İlqar adlı digər məsul şəxslər təhlükə ilə üzüzə qoyub???

Axı niyə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və RİH-nin "Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması"  şöbəsinin müdir müavini (müdiri əvəz edən) Azər Məmmədov, "Memarlıq və tikinti" şöbəsinin rəhbərini əvəz edən Elvin Quliyev… məsələ ilə bağlı vətəndaşların şikayətinə biganə yanaşırlar? Görəsən RİH-nin  Hüquq şöbəsi müdirinin kabinetində bu təhlükəli vəziyyət nə vaxtsa müzakirə olunubmu? Axı vətəndaş Vüsalov Namiq Hətəm oğlu şikayətçi olaraq bu təhlükəli vəziyyətlə bağlı İcra Hakimiyyətinə rəsmi ərizə də verib. Yerində araşdırılıbmı??? Məgər İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Qubatov yalnız elə icra hakimiyyəti binasında toplaşan əməkdaşlarının nə vaxtsa pozulacaq hüquqlarının bərpası üçünmü vəzifə daşıyır?

Qeyd edim ki, məsələyə dair «Azərişıq» ASC-nin mətbuat və informasiya şöbəsi ilə əlaqə saxladım. Bildirdilər ki, bu mübahisəli xətlə bağlı məsələ «Azərişıq»a deyil, «Azərenerji» ASC-yə aiddir.  Olsun» Amma başqa sual yaranır: axı «Azərişıq»dır bu xəttin altında vətəndaşlara sayğac paylayan. Elə isə təhlükənin müəllifi bəlli deyilmi??? Görünür aidiyyəti üzrə qurumun rəhbəri Vüqar Əhmədova «gözdən uzaq, könüldən iraq» prinsipi ilə çalışan işçilər lazımi məlumatı çatdırmırlar. Bu isə vəzifyəyə xəyanət kimi başa düşülmürmü???

Mövzu ilə bağlı bütün suallara bir daha obyektiv və şəffaf cavab almaq ümidi ilə mövzunu diqqətdə saxlayırıq. İnanırıq ki, «Azərenerji» ASC İdarə Heyətinin sədri hörmətli Balababa Rzayev Abşeron rayon İH başçısı Abidin Fərzəliyevlə birgə vətəndaşları təhlükə və həyəcan altında saxlayanların cəzasını verəcəklər.

Xəyyam Qurbanlı

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN