ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

ADİL ƏLİYEVİN SURAXANIYA GƏTİRDİYİ HÖRMƏT…

Bugünkü yazımızda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyevin iş fəaliyyəti və dövlətçilik siyasətindəki rolu haqqında əldə ...

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

KORRUPSİYA İDARƏSİ ƏMƏLİYYAT KEÇİRİB - İSMAYILLIDA BƏZİ VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB

 İsmayıllı rayonunda əməliyyat keçirilib və bir sıra vəzifəli şəxslər saxlanılıb.

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ 320 MANAT OLACAQ – DEPUTAT SUALLARA AYDINLIQ GƏTİRİB

FEVRALDAN ƏN AŞAĞI PENSİYA MƏBLƏĞİ 320 MANAT OLACAQ – DEPUTAT SUALLARA AYDINLIQ GƏTİRİB

Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı həl...

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ NECƏ OLMALIDIR?

İRANLA AZƏRBAYCAN ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ NECƏ OLMALIDIR?

Ötən gün yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahəd...

"TƏZADLAR"IN DA DƏVƏT OLUNDUĞU "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLDİ - FOTOLAR

"TƏZADLAR"IN DA DƏVƏT OLUNDUĞU "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLDİ - FOTOLAR

 Xəbər verdiyimiz kimi, bu gün "Alov qüllələri"nin kino pavilyonunda Türkiyə istehsalı olan "Meşru gayrimeşru" filminin Qala gecəsi keçirildi...

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN CƏSUSU İLƏ DƏYİŞDİRDİLƏR VƏ...

ONU AZƏRBAYCANDA HƏBSDƏ OLAN İRAN CƏSUSU İLƏ DƏYİŞDİRDİLƏR VƏ...

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLƏCƏK

BAKIDA "MEŞRU GAYRİMEŞRU" FİLMİNİN QALA GECƏSİ KEÇİRİLƏCƏK

Bu gün "Alov Qüllələri"ndə yerləşən "Park Cinema" kinoteatrında Türkiyə istehsalı olan "Meşru gayrimeşru" filminin təqdimatı keçiriləcək.

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD ETDİ

İRAN RƏSMİLƏRİ FƏRİD SƏFƏRLİNİ AZAD ETDİ

Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.

Оскорбительные выпады Геворкян в адрес Азербайджана

Оскорбительные выпады Геворкян в адрес Азербайджана

  Этот российский политолог армянского происхождения обладает большими способностями в силу своего генетического происхождения фальсифицировать истори...

MEDİA

21-Yan-2025 By Asif Memmedov

Оскорб…

  Этот российский политолог армянского происхожден

Detay

Ömrünün ən gözəl çağını yaşayırdı. 42 yaşı tamam olmuşdu. Qəfil ölüm, zalım fələk ayırdı bizdən Elçinimizi,sevimlimizi,əzizimizi. Bu necə dünyadı? Belə bir haqsızlıq olarmı, ey uca yaradan,yerləri göyləri xəlq edən! Ömrünün ən  gözəl çağında, bəxş etdiyin həyatdan kam almayan Elçinimizə  necə qıydın? O cana ki, qısa bir ömrü şərəflə yaşadı,heç bir günah işlətmədi, qohum-əqrəbaya, dost-tanışa dayaq oldu, imkansızlara əl tutdu, Vətənini,torpağını,dövlətini sevdi.

   Qısa arayış: Elçin Surxay oğlu Mahmudov 1979-cu ildə anadan olmuşdu. Uşaqlıq illəri Ağdamla, Mərzili ilə bağlı olsa da, bütün Azərbaycanı sevirdi.Orta məktəbi əla qiymətlərlə başa vurmuş, ali məktəbi də fərqlənmə ilə bitirmişdi.Çox savadlı, intelekt səviyyəsi yüksək bir gənc idi. Vaxtilə “Nə,harada,nə zaman?” intelektual oyunun fəal iştirakçılarından olmuşdu. Ali məktəbi bitirdikdən sonra böyük bir şirkətdə aparıcı menecer kimi fəaliyyətə başlamışdı. İngilis dilini mükəmməl bilirdi.Yüksək biliyə malik bir menecer kimi o,Avropa ölkələrinə,qardaş Türkiyəyə ezam edilir, müxtəlif şirkətlərlə danışıqlar aparırdı.

       Elçin eyni zamanda sənayə,vitrin soyuducular, məişət avadanlıqları üzrə yüksək dərəcəli mütəxəssis idi.Onun bu peşəkarlığı MDB məkanında da məlum idi. Məhz bunun nəticəsidir ki, o bir mütəxəssis kimi Qazaxıstanın iri vilayət mərkəzində böyük bir marketi yenidən qurmaq üçün dəvət alır.Qısa bir müddət ərzində onun rəhbərliyi,təşkilatçılığı ilə market Avropa standartlarına uyğun vitrin soyuducularla, avadanlıqlarla yenidən qurulur.Yeni dizaynla qurulmuş marketin açılışında Qazaxıstanın ən yüksək dövlət nümayəndələri iştirak edir və Elçin Mahmudovun timsalında Azərbaycana təşəkkür edirlər.

       Elçin çox təvazökar bir insan idi. Böyük idmanla məşğul olurdu və heç zaman da qazandığı uğurlarla lovğalanmazdı. O uğurlar ki, onun qazanılması yüksək peşəkarlıq, cəsarət tələb edirdi. Elçin Mahmudov 7 dəfə karate üzrə dünya çempionu,Avropa çempionu , Avropu kubokunun qalibi olmuş,Azərbaycanın bayrağını həmişə ən yüksək pilləyə qaldırmışdı. Qara Kəmər sahibi, eyni zamanda Beynəlxalq dərəcəli hakim idi. Gənc yetirmələri var idi və bu gənclər beynəlxalq yarışlarda ən yüksək yerləri tutmuş, Azərbaycana qızıl medallar gətirmişdilər.

      İnsanlara sevgisi hədsiz idi.Tanıdığı,tanımadığı insanlara həmişə kömək etmək onun amalı idi. İşlədiyi,rəhbəri olduğu şirkətdə hər ay 100-ə qədər imkansız ailələrə maddi yardım edilirdi və Elçin bunu bir nömrəli insanlıq borcu sayırdı.

     44 günlük müharibədə əsgərlərimiz üçün saysız-hesabsız sovqatlar göndərir və  qazanılan hər bir qələbəmizə sevinirdi.

      Elçin Mahmudovun  vaxtsız ölümü onu tanıyan bütün insanları, qohum əqrəbanı çox sarsıtdı. 14 dekabr -dəfn günü yüzlərə insan onu son mənzilə yola salmağa gəlmişdi. İstanbuldan türk dostları da dəfnə gəlmişdilər və hamı kimi onlar da göz yaşlarını saxlaya bilmirdilər. İstanbulda onun xatirəsi dostları tərəfindən yad edilmiş və şərəfinə Azərbaycan adəti ilə cümə axşamları təşkil edilmiş və yüzlərlə insana ərzaq paylanmışdı.

       25 dekabrda Sərhədçi idman kompleksində  Elçin Mahmudovun xatirəsinə həsr edilmiş karate üzrə respublika birinciliyi keçirildi. Yarışdan qabaq onun xatirəsi yad edilmiş, Azərbaycan Respublikası Qocyu-Ryu Okinava Karate-do və Kempo-Kobuda İdman Növləri Federasiyasının prezidenti,Əməkdar Bədən tərbiyəsi və İdman xadimi,IX dan kəmər Tarıverdi Allahverdiyev, idman yoldaşları  Elçinin əziz xatirəsinə həsr olunmuş çıxışlar etmiş, Elçin Mahmudovun xatirə diplomu isə onun 9 yaşlı övladı Nihad balaya təqdim edilmişdir.

      Elçinin vaxtsız ölümü nə qədər ağır olsa da, biz hamımız onun həyatda qoyub getdiyi xeyirxah izlərlə təsəlli tapırıq. O izlər ki, bu qısa ömür ərzində onu zirvələrə qaldırdı .42 il yaşasa da, bir əsrə, bəlkə də daha çox bir zamana bərabər ömrü ilə əbədiyyətə qovuşdu. Allah rəhmət eləsin, məkanı cənnət,ruhu şad olsun!