“Caliber” Yerevan erməniləri ilə Qarabağ erməniləri arasında yaranan qarşıdurmadan bəhs edən süjet hazırlayıb. Süjetdə Dağlıq Qarabağı tərk edib Yerevanda yataqxanada məskunlaşan erməni ailələrinin yerli ermənilər tərfindən qovulmasından danışılır.Yerli ermənilər “Rədd olun Ermənistandan” kimi aqressiv tələblər də irəli sürüblər.
Bu gözlənilən bir proses idi.Bu, terrorçu dəstələrə, millətçilərə verilən dəstəyin mükafatı idi. Heç kimə lazım olmayan zümrə.
Bir qədər yaxın keçmişə qayıdaq. Dağlıq Qarabağda yaşayan ermənilər münaqişədən qabaq çox gözəl və firavan yaşayırdılar. Azərbaycan onlar üçün hər cür imkanlar yaratmışdı. Sonra nə oldu? Erməni millətçilərinin, terror təşkilatlarının avantürist çağırışlarına inanıb Azərbaycan dövlətinə, xalqına xəyanət etdilər, separatçılara, terrorçulara qoşuldular, 1 milyon azərbaycanlının doğma yurdlarını tərk etməsinə vasitəçi, əksər hallarda isə icraçısı oldular. Daşı-daş üstündə qoymadılar, kəndləri,şəhərləri xarabalığa çevirdilər, vandalizm aktı törətdilər, dinc sakinləri qətlə yetirdilər. Mükafatları nə oldu? Yoxsulluq, miskinlik, keçmişini, indisini, gələcəyini itirmiş bir zümrə. Əvəzində sarqsyanlar,koçaryanlar,ohanyanlar siyasi xallar qazandı, hətta prezident belə oldular, saya gəlməyən miqdarda var-dövlət topladılar. Rəzil günə qalan isə sadə erməni ailələri oldu.
İki il bundan əvvəl Xocavənd rayonundan olan,Rusiyada işləməyə getmiş bir erməninin məzuniyyət zamanı Xocavəndə çəkdiyi süjetə baxmışdım. Yaşadığı evi təsvir edən bu süjetə baxdıqca, inana bilmirsən ki, 21-ci əsrdə bu cür miskin, rəzil gündə yaşayanlar da var. Sivilizasiyadan,hər cür inkişafdan geri qalan, Azərbaycan torpaqlarında 2-ci bir ermən dövləti yaratmaq xülyası ilə yaşayan ermənilər indi fəryad qoparır, kömək istəyir. Kimdən? O pafoslu,ağzı köpüklənə-köpüklənə çıxışlar edən sarqsyanlardanmı,koçaryanlardanmı, yoxsa elə paşinyanlardanmı kömək istəyirsiniz? Siz onlara nə o vaxtlar, nə də indi lazımsınız. Onlar sizdən bir oyuncaq kimi istifadə edib atdılar. Çoxlarınız ümid edir ki, Ermənistan höküməti sizə yiyə duracaq. Amma yanılırsınız.Çünki, onu təşkil edən ələ qana batmış, keçmiş və ya indiki millətçilər, qatı cinayətkar insanlardan ibarətdir. Onlarmı sizə firavan həyat bəxş edəcək?
Siz bu 30 il ərzində hələ də başa düşə bilmədiniz ki, sizin xoşbəxt gələcəyinizin, firavan yaşamağınızın qarantı yalnız vətəndaşı olduğunuz Azərbaycan dövləti ola bilər.Separatçılara, terrorçulara,cinayətkarlara dəstək oldunuz, müstəqillik istədiniz. Alınmadı və heç vaxt da alınmaz. Çünki Azərbaycan öz əzəli torpaqlarında ikinci bir dövlətin yaranmasına imkan verməz. Bunu hələ də dərk etmirsinizsə, yenə də düşmənçilk siyasəti yeridənlərin felinə uyacaqsınızsa, sizi nəinki Ermənistandan, bütün dünydan qovacaqlar, daima nifrət bəslənilən bir zümrə olacaqsınız.
İndi sizi bu uçuruma aparıb çıxaran sarqsyanlara,koçaryanlara,paşinyanlara niyə etiraz etmirsiniz. Azərbaycan əleyhinə mitinqlərə çıxınca, millətçilərə, düşmənçilk toxumu səpənlərə qarşı etiraz edin, kütləvi surətdə Azərbaycan vətəndaşlığını bərpa edin,Azərbaycan dövlətindən kömək ,sığınacaq istəyin. Azərbaycan onun ərazisində yaşayan müxtəlif xalqlara münasibətdə ayrıseçkilik etməyib, onların dininə,adət-ənənələrinə hörmətlə yanaşıb, qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamağı üstün tutub.
Ermənistan dövlətindən fərqli olaraq, Azərbaycan dövləti çağırışınıza humanist şəkildə yanaşar və sizi bu rəzillik müsibətindən, insan kimi yaşamaqdan məhrum edənlərdən xilas edər. Bunun üçün Azərbaycanın həm siyasi iradəsi və həm də maddi imkanları var.
Ona görə də, hələki gec deyil, zamanın, dövranın tələbini dərk edin, insan kimi yaşamaq amalınız olsun, düşmənçilk siyasətindən əl çəkin.
Şakir QURBANOV
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb: İstiqamət: 6.3.15)